“O XÜTBƏ VERƏNDƏ QARŞISINDA BİR NƏFƏR OLSUN BELƏ BİDƏTÇİ YOX İDİ”
Dahi alim şeyx Rabi Mədxəli (Allah onu qorusun) buyurur:
“Allahın rasulu sallallahu aleyhi və səlləm xütbə verərkən onun qarşında olanların arasında bir nəfər olsun belə bidətçi yox idi. Hər bir xütbəsində və ya çoxunda belə deyərdi: Əmmə bəadu; həqiqətən kəlamların ən xeyirlisi Allahın kəlamıdır və yolların ən doğrusu Muhammədin yoludur. Ən şərli işlər isə, sonradan uydurulanlardır.
Onun qarşısında bidətçi birinin olmadığına baxmayaraq, O bunu çoxlu-çoxlu təkrar edərdi.
Nəyə görə?
Bidətin çox təhlükəli bir şey olduğuna görə".
Mənbə:مرحبا يا طالب العلم صفحة 35
Comments
Post a Comment