XƏTA AŞKARDA OLARSA, RƏDDİYYƏ DƏ AŞKARDA OLMALIDIR.




Alləmə Ubeyd əl-Cəbiriyə sual:

Nəsihət nə zaman gizlində və nə zaman aşkarda olur?

Şeyx cavab verir:

İlk olaraq: müsəlman yaxşını əmr edib, pislikdən çəkindirməklə əmr olunub, hikmətlə, gözəl nəsihətlə və nə qədər ki, yumşaqlıq fayda verir, məqsədə aparır və haqqı onu tələb edən kəsə çatdırır, bu halda yumşaqlıqla olur.

İkinci: Müxalif əməlin sahibi bəzən olur ki, müxalifliyi onun özünə aid olur, bəzən də olur ki, ümumi olaraq hamıya (aşkar) aid olur. Yəni insanları öz müxalifliyinə dəvət edir.

Birinci halda ona təklikdə nəsihət olunur, xətası ona gizlində bildirilir.

İkinci halda isə onun xətası dəlillə (aşkarda) rədd olunur. Əgər bundan sonra o kəsdən israr və inad zahir olarsa, görsənərsə, onda layiq olduğu müamələ ilə müamələ olunar.

"Əcvibə alə əsilə şəbəkətis-səhəb" 1/5




Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?