FİTRƏ ZƏKATI HANSI MƏHSULLARDAN VERİLİR?



Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər kəsə – kişi və qadına, böyük və kiçiyə, hətta ana bətnində olan uşağa görə imkanı olanlara fitrə verməyi vacib etmişdir.

Fitrə zəkatı Ramazan ayı bitmədən müsəlmanın adam başına çıxartdığı (təqribən) 2,5 kq, yaxud 3 kq yeməkdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu bayram namazından qabaq verməyi buyurmuşdur. Bunu bayramdan bir-iki gün qabaq da vermək olar. Bayramdan sonraya saxlamağa icazə verilmir. Ailə başçısı ailə üzvlərinə, hətta ana bətnində olan uşağa görə də fitrə çıxararaq onu yoxsul, yetim və ehtiyaclı müsəlmanlar arasında paylaşdırır.

Səbəbi isə Allahın verdiyi nemətlərə şükür etmək, bayram günü kasıbları sevindirmək və oruc vaxtı yol verilmiş kiçik günahlardan təmizlənmək üçündür. (Saleh ibn Useymin).

Abdullah ibn Ömər (radıyallahu anhumə) rəvayət edir ki, peyğəmbər (sallallahu aleyhi və səlləm) camaat bayram namazına gələnə qədər xurma və ya arpadan bir saa (dörd ovuc) miqdarında fitrə zəkatı verməyi müsəlmanlardan azad və qul olana, kişiyə və qadına, uşağa və böyüyə vacib buyurdu. (Buxari və Muslim).

Bəzilərimiz fitrə zəkatının pulla verilə biləcəyini düşünürlər. Fitrə zəkatı pulla verilmir. Fitrə zəkatı un, xurma, kişmiş, düyü, mərcimək, qarabasaq, verməşil, quru lobya, buğda və s. öz yaşadığı yerdə məşhur olan başqa bu kimi ərzaq məhsullarından verilir. Fitrə zəkatını qeyri müsəlmanlara vermək olmaz, çünki fitrə zəkatının məqsədlərindən biri də bayram günü müsəlman kasıbları sevindirməkdir.


Mənbə: zikr.az

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?