QEYBƏTİN İCAZƏ VERİLDİYİ MƏQAMLAR



Uca Allah buyurur:

 “Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah (hər şeyi) eşıdəndir, biləndir”. (ən-Nisə, 148)

Imam Nəvəvi qeyd edir ki, qeybətin dini məqsədlər üçün edilməsi altı səbəbdən caizdir:


1⃣-cisi: ZÜLM OLUNARKƏN.

Məzlum ona olunmuş zülmə görə sultana, qaziyə və ya rəhbər vəzifəsi olan insana şikayət edə bilər.

2⃣-cisi: MÜNKƏR BİR ƏMƏLİ DƏYİŞDİRMƏK VƏ GÜNAHKARI DOĞRU YOLA QAYTARMAQ ÜÇÜN KÖMƏK İSTƏYƏRKƏN

Məsələn, kiminsə hər hansı bir günah etdiyini görərək imkanı olan şəxsdən “fılankəs belə bir günah edir, onu bu günahdan çəkindir” kimi sözlərlə kömək istəməsi dinin icazə verdiyi danışıq formasıdır.

3⃣-cüsü: FİTVA İSTƏYƏRKƏN.

Məsələn, müftinin yanına gələrək “fılankəs, yaxud atam və yaxud da qardaşım mənə qarşı bu cür zülm etmişdir. Mən ondan xilas olmaq üçün nə etməliyəm? Bu zülmü necə dəf edə bilərəm?” kimi ifadələr işlətməsi caizdir. Lakin, yaxşı olar ki, “bir kişi”, “bir ər”, “bir ata”, “bir övlad” kimi ifadələr işlətməklə müəyyən adamın adı çəkilməsin! Buna baxmayaraq hədisdə “Əbu Süfyan xəsis kişidir” kimi keçməsi müəyyən adamın adının da qeyd olunmasına icazə verir. 

4⃣-cüsü: MÜSƏLMANLARI ŞƏRDƏN ÇƏKİNDİRƏRKƏN

Bu bir neçə yöndən izah olunur:


a) Ravilərin (hədis rəvayətçiləri), yazarların tənqidi, icma alimlərin rəyinə görə caiz, şəriəti qorumaq üçün isə vacibdir.

b) Məsləhətləşərkən qüsur barəsində xəbərdarlıq etmək. (buna dəlil əvvəldə qeyd olunmuş Fatimə bint Qeysin hədisidir. Bax; müslim 2/1114)

c) Həmçinin, birinin xarab, oğurluq mal və bu kimi əşyaları alarkən, fəsad törəkmək məqsədi güdmədən ona qüsurları bəyan edərək məsləhət vemrək dinin icazə verdiyi əməldir.

d) Fitnəkar bir insanın yanına gedib ondan elm öyrənmək istəyən insanın şahidi olduqda, onun bununla zərərə uğrayacağından qorxaraq, fitnəkarın eyiblərini göstərməklə məsləhət verməsi caizdir. Bu, həmçinin, müsəlmanların bir-birilərinə qarşı vəzifə borclarıdır.

e) Əmr sahihibi olan bir kəsin öz rəiyyətinə xidmət etmədikdə ondan yüksək əmr sahibi olan şəxsin onun barəsində danışıb tədbir tökməsində heç bir günah yoxdur.

5⃣-cisi: FİTNƏ VƏ YA DİNƏ ƏLAVƏ OLUNMUŞ ƏMƏLİ AŞKARA ÇIXARMAQ MƏQSƏDİLƏ ONU EDƏN ŞƏXSİ İFŞA ETMƏK DİNİN İCAZƏ VERDİYİ QAYDADIR

Bu hal başqasına şamil olunmur.

6⃣-cısı: MÜƏYYƏN LƏQƏB VERİLMİŞ İNSANLARI HƏMİN LƏQƏBLƏRLƏ XATIRLAMAQ GÜNAH SAYILMAZ

Məsələn, uzun, gödək, kor, axsaq və sair belə sözləri elə olduqlarına və həmin adlarla tanındıqlarına görə onlara aid etmək olar. Həmin insanları başqa adlarla xatırlamaq mümkündürsə, bu, daha yaxşı olar. Allah ən gözəlini biləndir. (Nəvəvinin şərhi 16/142 “Zikrlər” 292)

Qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, fitnənin yaranmaması, çoxalmaması üçün və müsəlmanları şərdən və şər insanlardan qorumaq məqsədi ilə qeybət etmək olar. Imam Buxari (Allah ona rəhmət etsin!) fəsillərindən birini də belə adlandırır: “Fitnə və şübhə əhlini qeybət etməyin icazəsi fəsli” (Urva bin Zubeyrin Aişədən rəvayət etdiyi hədis bunun təsdiqidir.) Həqiqətən də, əsas məqsəd müsəlmanların fitnədən və şərdən uzaq olması və ümumiyyətlə bunların müsəlman cəmiyyətindən silinməsidir. (Bu, “Təhavi əqidəsi”ndə şer formasında öz təsdiqini tapır. Bax; səh 43

Daha ətraflı: https://d1.islamhouse.com/data/az/ih_books/single/az_Dilin_Toratdiyi_Balalar.pdf

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?