"BU DÜNYADA QABAQCADAN ÖZÜNÜZƏ HANSI XEYİRLİ ƏMƏLLƏRİ TƏDARÜK ETSƏNİZ, ALLAH YANINDA DAHA XEYİRLİSİ VƏ DAHA BÖYÜK MÜKAFATLA ƏVƏZ OLUNDUĞUNU GÖRƏCƏKSƏNİZ"





Uca Allah buyurur:

«Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan in­san­ların bir qismi bəzən gecənin üçdə ikisindən az, bəzən ya­rısını, bəzən də üçdə birini ibadət üçün durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyən­ləşdirir. O, sizin bun­la­rı hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, töv­bələrinizi qəbul etdi. Elə isə namaz qılarkən Qurandan sizə asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə ola­caq, digərləriniz Allahın mərhəmətindən ruzi əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda müharibələrdə iştirak edəcəklər. Buna görə namaz qılarkən Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. Bu dünyada qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xe­yirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu gö­rəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!»

"Əl-Muzzəmmil" surəsi, 20

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?