"İNSAN NECƏ DƏ ÇOX MÜBAHİSƏ EDƏRMİŞ!"





Hüseyn radiyallahu anhu rəvayət edir ki, Əli ibn Əbu Talib (radiyallahu anhu) de­mişdir:

“Bir dəfə gecə Peyğəm­bər salləllahu aleyhi və səlləm mənim və qızı Fati­mənin yanına gəlib dedi: “Siz gecələr namaz qılmırsınız­mı?” Mən dedim: “Ya Rəsu­lullah, bizim canımız Allahın Əlin­dədir. Əgər O, bizi oyatmaq istəsə, oyadar.” Belə deyən­də o, mənə heç bir söz demə­yib çıxıb getdi. Sonra mən onun dönüb gedərkən ombasına vura-vura: “İnsan necə də çox müba­hisə edərmiş!” 1 – dediyini eşitdim.” 2


1 “əl-Kəhf” surəsi, 54.
2 Səhih əl-Buxari, 1127.

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?