BİDƏTÇİYƏ RƏDD VERƏRKƏN ONUN YAXŞI ƏMƏLLƏRİNİ QEYD ETMƏLİYİKMİ?
CAVAB:
Hər hansı bir insanın təhlükəli fikirləri, əqidəyə zidd fikirləri bəyan edilirsə, onun yaxşı əməlləri zikr edilmir. Bu adamın yaxşı əməlləri qeyd edilsə, insanlar aldanar və bu bidətçi haqda yaxşı zənnə düşə bilərlər. Bu da həmin bidət edənin batil fikirlərinin bəzi insanlar tərəfindən qəbul olunmasına gətirib çıxara bilər.
Uca Allah kafir, münafiq və fasiqləri məzəmmət edərkən onların yaxşı əməllərini zikr etmir. Həmçinin, sələf imamları cəhmilərə, mötəzilələrə, rafizilərə, xavariclərə və digərlərinə rədd verərkən onların yaxş əməllərini qeyd etmirdilər.
Ona görə də bidəti rədd edərkən həmin bidəti edənin yaxşı əməllərini zikr etmək olmaz. Belə etsən insanların həmin bidətlə azmasında sənin də payın olacaq. Allah qorusun!
http://menhec.net/node/413
Comments
Post a Comment