ORUC OLARKƏN AĞIZDAN QOXU GƏLMƏMƏK ÜÇÜN AĞIZ YAXALAYICI VASİTƏLƏRDƏN İSTİFADƏ ETMƏK OLARMI?




Boğaza getməmək şərtilə ağızı yaxalamaq qadağan deyil. Oruc ikən sünnədə buyurulmuş misvakdan istifadə etmək daha yaxşıdır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) misvakdan istifadə edib və bunu ümmətinə də tövsiyə edib:

“Misvak ağzı təmizlər, Rəbbi razı edər”. (Nəsai, 5).

Oruclu olarkən dişləri misvakla təmizləmək orucu pozmur. Amir ibn Rabiyə (radıyallahu anhu) demişdir:

"Peyğəmbərin (sallallahu aleyhi və səlləm) oruclu ola-ola misvakla dişlərini təmizlədiyini dəfələrlə görmüşəm". (Buxari).

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Oruc bir qalxandır. (Cəhənnəm odundan qoruyan sipərdir). Qoy oruc tutan adam günah işlər görməsin və cahillik etməsin. Əgər kimsə onunla dalaşmaq istəsə və ya onu söysə, qoy iki dəfə: “Mən oruc tutmuşam”– desin. Canım Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu, Uca Allahın yanında müşk qoxusundan daha gözəldir. (Allah buyurur:) “O, Mənə görə öz yeməyindən, içməyindən və şəhvətindən imtina etmişdir. Oruc isə Mənim üçündür və Mən (oruc tutan adama) ayrıca mükafat verəcəyəm. Yaxşı əməlin əvəzi on qat veriləcəkdir”. (əl-Buxari, 1894)

zika.az

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?