SƏLƏFLƏRİN ALLAH ÜÇÜN OLAN ƏMƏLLƏRİNİ GİZLƏTMƏSİ





Amr ibn Qeys əl-Mulai (rahmatullahi aleyhi) bir gün bir xütbə deyir. Bir adam dərindən ah çəkir. Ona belə deyir: “Ey qardaşım oğlu! Etdiyinlə nə qəsd edirsən? Əgər səmimisənsə nəfsini məşhur etdin. İnsanlar gizli şəkildə ibadət edərək onların heç birinin səsi eşidilməzdi. Sizdən əvvəlkilər arasında elə insanlar var idi ki, Quranı əvvəldən axıra qədər oxuyar, qonşusu bunu hiss etməzdi. Başqa birisi dini elmini artırar, dostu isə bunu bilməzdi. Onlardan birinə belə deyilir: “Namazda başqa şeylərlə necə də az məşğul olursan və xuşu hissin necə də gözəldir!” O da belə deyir: “Ey qardaşım oğlu! Qəlbimin harada olduğunu haradan bilirsən?”


Həsən əl-Bəsri “əz-Zühd” səh. 159.

Əyyub əs-Səxtiyani (rahmatullahi aleyhi) gecənin hamısını ibadətlə keçirər və bunu gizlədərdi. Səhər olan kimi sanki o saat qalxıbmış kimi səsini yüksəldirdi.

Sıfatus-Safvə 3/ 492.

Davud ət-Tai (rahmatullahi aleyhi) qırx il oruc tutur və bunu isə heç kim bilmirdi. O, qumaş satırdı. Yeməyini özü ilə götürər, yolda onu ehtiyacı olanlara verər, axşam ailəsinin yanına qayıdıb iftar edərdi. Onun oruc olduğunu isə bilməzdilər.

Sıfatus-Safvə 3/ 135.   

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?