“FİTNƏLƏR BAŞ VERƏN ZAMAN, BİR PİSLİYİ YOX ETMƏK İSTƏYƏN, ONDAN DAHA BÖYÜK OLANINA QAPI AÇMAMALIDIR”.





İbn Teymiyyə – rahmətullahi aleyhi – demişdir:

«Əhli Sünnənin məşhur nəzər nöqtəsinə əsasən onlar başçıya qarşı çıxmağı və onunla qılınc vasitəsilə döyüşməyi düzgün hesab etmirlər və bu başçının zülm etməsindən asılı deyildir. Buna dəlil Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən nəql edilən çoxsaylı hədislərdir. Çünki döyüş və fitnədəki fəsad, başçının döyüş və fitnəsiz hasil olmuş zülmündən daha böyükdür. İki fəsadlı işin daha böyük sayılanı isə ondan kiçik sayılandan irəli keçirilə bilməz. Başçıya qarşı çıxması ilə əvvəlkindən daha böyük bir fəsada səbəb olmayan bir dəstə, bəlkə də heç yoxdur».¹

Başqa bir yerdə o, demişdir: «Nadir hallar istisna edilməklə, başçıya qarşı çıxan hər bir şəxsin bu əməli xeyrindən qat-qat artıq şərlə nəticələnmişdir... Bütün bu deyilənlər, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in başçıların haqsızlıqlarına səbr etməyi, onlarla döyüş aparmamağı və onlara qarşı qiyam qaldırmamağı nə üçün əmr etdiyinə aydınlıq gətirir. Bu, bəndə üçün daha xeyirli bir işdir. Hər hansı bir şəxs bununla qəsdən və ya səhvən razılaşmazsa, onun tutacağı işdə xeyirdən daha çox dağıdıcılıq halları baş verəcəkdir».²


Fitnələr baş verən zaman, bir pisliyi yox etmək istəyən, ondan daha böyük olanına qapı açmamalıdır.

Minhəcus-Sünnə 3/390.

Minhəcus-Sünnə 4/527-532.

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?