ƏRİM MƏNİMLƏ MARAQLANMIR, NƏ EDİM?




“ƏGƏR BİZ BU CÜR OLMASAQ, NECƏ DƏ TEZ AYRILA BİLƏRİK”.


Hər bir kişi ailəsinin onun üzərində olan haqlarını yerinə yetirməlidir və bununla bağlı Allahdan qorxmalıdır. Çünki Qiyamət günü hər kəs öz ailəsi haqqında məsuliyyət daşıdığına görə sorğu-sual olunacaq. Uca Allah buyurur:

"...Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun". ("ən-Nisə" surəsi, 19).

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir:

"Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisidir) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz". (əl-Buxari, 2554; Muslim, 1829)

Qadının kişi üzərində olan haqlarından; kişi onunla xoş davranmalı, öz yediyindən onu yedirtməli, paltar və digər zəruri ehtiyaclarını ödəməli, vaxtaşırı yaxınlıq etməli, onun namusunu qorumalı və s. Həmçinin, kişi Allahın dinini öyrənib özü əməl etməli və ailəsinə də bunu öyrətməlidir. Uca Allah buyurur:

"Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" ("ət-Təhrim", 6).

Kişi ailə başçısı olduğu üçün bu ayə ilk növbədə ona aiddir. Əgər kişi öz qadınının yuxarıda sadaladığımız bu haqlardan birini və ya bir neçəsini yerinə yetirmirsə, böyük günah qazanır.

http://zikr.az/node/3067


Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?