"MƏHZ ONLAR CƏNNƏTLƏRDƏ EHTİRAM OLUNACAQ KİMSƏLƏRDİR!"





Hər bir insan bilməlidir ki, onu Allah yanında ucaldan – onun digərindən üstün olmasına əsas meyar cismi sağlamlıq, maddi rifah, elmi səviyyə deyil, təqva (Allah qorxusu) və iman hesab olunur.

Uca Allah buyurur:


“Allah yanında ən hörmətliniz, Allahdan ən çox qorxanınızdır (pis əməllərən ən çox çəkinənizidir)”. (Hucurat surəsi 13)

Uca Allah möminin sifətlərini (möminin kim olduğunu) belə tərif edir:

23. O kəslər ki, daim namaz qılarlar;

24. O kəslər ki, onların mallarında məlum bir haqq (pay) vardır

25. Dilənən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən)

kimsə üçün;

26. O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər;

27. O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər;

28. Çünki onların Rəbbinin əzabından (bu əzabın kiməsə toxunub-toxunmayacağından) arxayın olmaq olmaz;

29. O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar (zina etməzlər);

30. Övrətləri və cariyələri istisna olmaqla. (Onlarla yaxınlıq etməyə görə) əsla qınanmazlar;

31. Bundan artığını istəyənlər isə həddi aşanlardır;

32. O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər;

33. O kəslər ki, düzgün şəhadət verərlər

34. Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər

35. Məhz onlar cənnətlərdə ehtiram olunacaq kimsələrdir!


"əl-Məaric" ("Dərəcələr") surəsi








Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?