"BUNU SÖYLƏYƏR SÖYLƏMƏZ ONLAR ÜÇÜN BİR YOL AÇILDI"





Salehlər üçün anaya xərcləmək və onu yedizdirmək öz övladlarını yedizdirməkdən onlara daha dəyərli, əzizdir.


İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Rəsulu sallallahu aleyhi və səlləm dedi:

“Üç nəfər piyada yola çıxırlar və yağışa düşürlər. Bir dağın içində mağaraya daxil olurlar, sonra arxasınca bir qaya parçası düşərək mağaranın girişinin ağzını tutur. Onlardan bir birinə dedilər: “Etmiş olduğunuz ən fəzilətli əməl ilə Allaha dua edin. Onlardan biri dedi: “Ey Allahım, mənim qoca, ixtiyar valideynlərim var idi və mən bayıra çıxıb sürümə tərəf yollanardım, onları sağıb südünü içmək üçün valideynlərimə gətirirdim, sonra isə bir az da öz uşaqlarıma (ailəmə, zövcəmə) verirdim. Bir gecə evə gec gəldim və gördüm ki, onlar (valideynlərim) yatıblar. Onları oyatmaq istəmədim, uşaqlarım isə ayağımın yanında ağlayırdılar. Gözləməyə başladım və uşaqlar şəfəq sökülənə qədər ağlamağa davam etdilər. Ey Allahım, bunu əgər Sənin razılığını qazanmaq üçün etmişəmsə elə isə bizim üçün bir çıxış yolu aç, bununla səmanı görək. Bunu söyləyər-söyləməz onlar üçün bir yol açıldı...”

Buxari, (2102); Müslim, (2743)

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?