"MƏN YALNIZ BELƏ EDƏNƏ RƏHM EDİR VƏ TƏMİZƏ ÇIXARDIRAM"
Kəb ibn Əlqamə demişdir:
“Allahın Peyğəmbəri Musa Firondan qaçarkən Allaha dedi: “Ey Rəbbim, mənə nəsihət et?” O buyurdu: “Məni Heç vaxt Mənə heç bir şeyi tay tutmamağını və yalnız məni tərcih etməyini nəsihət edirəm. Çünki, Mən yalnız belə edənə rəhm edir və təmizə çıxardıram”. Musa dedi: “Daha nəyi nəsihət edirsən, ey Rəbbim?” O buyurdu: “Ananın qayğısına qal! Çünki, o, səni bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Musa dedi: “Daha nə, ey Rəbbim?” O buyurdu: “Sonra atanın qayğısına qal!”. Musa dedi: “Sonra nəyi?” O buyurdu: “Özün üçün xoşladığını insanlar üçün də xoşlamağını, özün üçün xoşlamadığını insanlar üçün də xoşlamadığını nəsihət edirəm”. Musa dedi: “Daha nəyi, ey Rəbbim?” O buyurdu: “Qullarımın işlərindən birini sənə həvalə etsəm, onları ehtiyacları içində çətinliyə salma! Çünki, sən yalnız Mənim rizamı güdürsən, Mən isə (hər şeyi) görürəm, eşidirəm, şahidəm və şahid tutulanam”.
Əhməd ibn Hənbəl “əz-Zuhd” 356.
Comments
Post a Comment