"ALLAHDAN QORXUN VƏ BÖYÜKLƏRİNİZİ UCA TUTUN!"









Hukeym ibn Qeys ibn Asim (Allah ondan razı olsun) rəvayət edir ki, onun atası ölər­kən oğlanlarına belə tövsiyə etmişdir:

“Allahdan qorxun və bö­yükləri­nizi uca tutun! Çünki bir camaat öz böyüklərini uca tut­duq­ca, (bu bö­yüklər) onların atalarını əvəz edər. Kiçiklərini uca tut­duq­da isə, bu hə­rəkət onları həmyaşlıları arasında rəzil edər. Var-döv­lət qa­zanın və onu (yaxşı işlərə) sərf edin! Çünki var-dövlət həm sə­xavətli adam üçün şərəfdir, həm də onun sayəsində xəsis adama möhtac olmursan. İnsan­lardan bir şey istəməkdən çəkinin. Çünki bir şey istə­mək insanın son qazancıdır (çarəsiz qalmış kim­sənin son yolu­dur). Mən öləndə vay-şivən salmayın. Çünki (səhabələr) Pey­ğəm­bər (sallallahu aleyhi və səlləm) üçün vay-şivən salma­mışlar. Mən öləndə məni elə bir yerdə basdırın ki, Bəkr ibn Vail mənim harada dəfn edildiyimi bil­məsin. Çünki mən cahiliyyət dövrün­də onlara özlərinin də xəbəri olmadan zərər vur­muşam”.

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı. (361) 167-ci fəsil. Böyükləri uca tutmaq

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?