FİTRƏ ZƏKATININ ÇIXARILAN VAXTI
FİTRƏ ZƏKATI VƏ VAXT ÇIXARILIR?
Fitrə zəkatı bayram namazına çıxmazdan əvvəl çıxarılır. Amma bunu bayram namazından iki gün əvvəl də etmək olar. Yəni 28-ci gecədən başlayaraq fitrə zəkatını çıxartmaq olar.Ibn Cibrin (rahiməhullah)
http://www.abubakr-mescidi.com/modules/news/article.php?storyid=551
İbn Ömər (radiallahu anhu) deyir ki, "Peyğəmbər (sallallahu aleyhi və səlləm) fitrə zəkatını, camaat bayram namazına çıxmadan öncə verməyi əmr etmişdir" (Buxari: 3/ 367/ № 1503)
Fitrə zəkatını toplayanlar (Bura, xeyriyyə fondları və məscidlər aid edilir. Belə fondlar fitrəni bir-iki gün əvvəlcədən toplaya bilərlər ki, toplanan fitrəni kimə lazımdırsa ona çatdıra bilsinlər) bunu bir-iki gün əvvəlcədən edə bilərlər.
Nafi deyir ki, "İbn Ömər fitrə zəkatını, fitrə toplayanlara verərdi. Onlar bunu bir-iki gün öncədən edərdilər" (Buxari: 3/ 375/ № 1511)
Fitrə zəkatını səbəbsiz yerə vaxtından gecikdirmək haramdır.
İbn Abbas (radiallahu anhu) deyir ki, "Peyğəmbər (sallallahu aleyhi və səlləm) fitrə zəkatını oructutan üçün boş danışıqlardan və naqisliklərdən paklıq, miskinlər üçün toxluq olsun deyə vacib etmişdir. Kim fitrə zəkatını bayram namazından öncə verərsə bu zəkat kimi məqbuldur. Kim bunu namazdan sonra verərsə sədəqə sayılar" (Hədis həsəndir. Səhih Sünən İbn Macə, 1480)
Comments
Post a Comment