HƏR BİR MÜSƏLMANIN BUNU BİLMƏSİ VACİBDİR!
ÖZÜNÜ PARTLATMADAN ÖNCƏ HARA GEDƏCƏYİN BARƏDƏ DÜŞÜN!
BUNUN BÖYÜK GÜNAH OLMASININ DƏLİLLƏRİ!
ŞEYX İBN BƏZZ DAXİL OLMAQLA BÖYÜK ALİMLƏR HEYƏTİNİN ƏR-RİYAD ŞƏHƏRİNDƏ BAŞ VERMİŞ PARTLAYIŞLA BAĞLI FƏTVASİNDA DEYİLİR:
Böyük alimlər heyəti son zaman baş verən bu düşmənçiliyi cinayət və iyrənc əməl hesab edir. Bu bir xəyanətdir. Dinin insanlara verdiyi yaşam, mal-dövlət, əminamanlıq və sabitlik haqqına qarşı təcavüzdür. Bunu yalnız nifrətlə, xəyanətlə, həsədlə, zülmlə, düşmənçiliklə, həyata və xeyirə nifrətlə dolmuş cinayətkar nəfs edə bilər. Müsəlmanlar belə əməllərin haram olmasında yekdil rəydədirlər.
Baş verən bu hadisə özündə bir neçə ağır günah daşıyır.
1⃣-ci: bu hadisədə günahsız cana qəsd edilmişdir. Həmin adam öz nəfsini partladıb özü ilə bir neçə müsəlman və qeyri müsəlmanı qətlə yetirmişdir. Halbuki uca Allah öz nəfsinə qəsd etməyi haram etmişdir:
«Özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!» Nisa surəsi: 29.
«Öz əlinizlə özünüzü təhlükəyə atmayın,..» əl-Bəqərə surəsi: 195.
Əgər ayədə deyilənlər mal-dövləti xərcləməklə bağlı deyilibsə, görəsən açıq-aşkar öz nəfsinə qəsd etmək necə. Halbuki kim özünü dəmir aləti ilə öldürərsə, qiyamət günü həmin alətlə ona əzab veriləcəkdir.
2⃣-ci: Bu hadisədə müsəlmanlar qətlə yetirilmişdir. Müsəlmanı qətlə yetirmək isə böyük günahlardan biridir. Yəni, Allaha şərik qoşmaqdan sonra gələn ikinci böyük günah müsəlmanı qətlə yetirməkdir. Uca Allah buyurur:
«Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir...» Nisa surəsi: 93.
O müsəlmanı qətlə yetirir və müsəlmanı qətlə yetirəcəyini də bilir. Ona görə Allah təala belə demişdir: «onun cəzası əbədi qalacağı Cəhənnəmdir...».
3⃣-cü: Bu hadisədə şəriətin qətlinə icazə vermədiyi insanlar, əhd bağlayanlar, əminamanlıqda olanlar, zimmilər, rəhbərin və ya müsəlmanların aman verdiyi kimsələr, hansısa məqsədlə ölkəyə gələnlər qətlə yetirilmişdir. Halbuki sıravi müsəlmanın verdiyi amanı hər kəs qorumalıdır. O ki qaldı ümmətin, dövlətin və ya rəhbərin aman verdiyi, yaxud əminamanlıqla ölkəyə gəlmiş insanlara. Bu insanlara qarşı ədavət aparmaq olmaz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:
«Əhd bağlayan kimsəni öldürən cənnətin iyini duyan deyildir». (Buxari rəvayət etmişdir0
Bu hədisə deyilən bütün qeyri müsəlmanlar daxildir. Aramızda əhd olanlarla əhdimizi qorumalıyıq.
«Ey iman gətirənlər! Əhdlərə sadiq olun...» əl-Maidə surəsi: 1. «Əhdə vəfa edin. Çünki (insan) əhd barəsində (qiyamət günü) cavabdehdir...» əl-İsra surəsi: 34.
Ölkəmizə qədəm qoyan qeyri müsəlman ölmək üçün gəlibmi? Təbii ki, xeyr. Biz ona aman vermişik ki, o tam əminamanlıqla buraya işləməyə və ya hansısa işi görməyə gələ bilər. Heç bir müsəlmana bu əhdi pozmaq halal deyil. Əhdi pozmaq müsəlmanların deyil, münafiqlərin xislətindəndir. Münafiqin üç əlaməti vardır. Biri də əhdinə xilaf çıxmasıdır. Əhdə xilaf çıxmaq müsəlmanın xüsusiyyəti deyil, münafiqin xislətidir.
Həmçinin bu cinayətlərdə müsəlmanların mal-dövlətinə qarşı ədavət vardır. Həmin hadisədə ölən canlar və tələf olan mal-dövlət kimə məxsusdur? Müsəlmanların mal-dövlətidir. Müsəlmanın qanının, malının və namusunun qorunması hamıya aydındır.
Peyğəmbər Ərəfa günü xütbə verərkən bunu bir daha təkid etmiş və demişdir: sizin qanınız, malınız və namusunuz bir-birinizə haramdır. Siz haram yerdə, haram ayda və haram gündə olduğunuz kimi, bu da sizə haramdır. Bu rəvayət Buxari və Müslimin səhih əsərlərində Əbu Bəkrədən rəvayət edilir.
Həmçinin bu cinayət uca Allah tərəfindən şəriətin qayəsi edilən əminamalığın sarsıdılması deməkdir. İslam şəriətinin tətbiqində nəzərdə tutulan əsas qayələrdən biri də insanların həyatında əminamanlığın gerçəkləşməsidir. Bu uca Allahın bəndələrinə əta etdiyi əvəzsiz nemətidir. Nur surəsində deyilir:
«Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla əzəv edəcəyini vəd buyurmuşdur...» Nur: 55.
Demək əminamanlığın gerçəkləşməsi şəriətin əsas məqsədlərindən biridir. Şəriət özü əminamanlığı bərpa etmək üçün gəlmişdir ki, ondan irəli gələn tək Allaha ibadət etmək və heç nəyi Ona şərik qoşmamaq kimi məqsədlər həyata keçsin.
Əminamanlıqdan xeyirxahlıq, pis işlərin təmizlənməsi, dəvətin yayılması, xeyirin vüsət alması, islahatların aparılması, ümmətin yüksəlişi və güclənməsi kimi gözəlliklər doğur. Peyğəmbərin (sallallahu aleyhi və səlləm)bu sözünə diqqət yetirin:
«Allaha and olsun ki, Allah bu işi (yəni şəriətin yayılmasını) tamamlayacaq. Hətta tənha qadın İraqdan Məkkəyə gedəcək və Allahdan başqa heç nədən qorxmayacaq».
Diqqət yetirin, burada Peyğəmbər əminamanlığın tam hasil olmasını şəriətin yayılması ilə əlaqələndirdi. Nəticə nə oldu? Əminamanlıq hasil oldu. Buna görə şəriətdə quldurluq üçün xüsusi cəza təyin edilmişdir. Bir çox insanlar quldurluğun müharibə (ərəb. əl-hirabə) adlandırılmasını başa düşmürlər. Halbuki uca Allah buyurur:
«Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmədir...» əl-Maidə surəsi: 33.
Nə üçün yer üzündə fitnə-fəsad törətmək, quldurluq etmək və quldur dəstələr toplamaq vuruşmaq (ərəb. Hirabə) adlandırılmışdır. Nə üçün Quran ayəsi bunu Allaha və rəsuluna qarşı müharibə adlandırmışdır? Çünki bu uca Allahın və Onun Peyğəmbərinin şəriətlə həyata keçirmək istədiyi əminamanlığa qarşı müharibədir. Əminamanlığa qarşı müharibə aparmaq, əminamanlığı şəriətin qayəsi edənə qarşı, Allaha və rəsuluna qarşı döyüşməkdir.
http://forum.abu-bakr.com
Comments
Post a Comment