“KİMİN GÜNAHI ÇOX OLARSA VƏ ALLAHIN O GÜNAHLARI, ONA ƏZİYYƏT ÇƏKMƏDƏN (BAĞIŞLAYIB) SİLMƏSİNİ İSTƏYƏRSƏ…”
Şeyx ibn Baz (Allah ona rəhmət etsin) demişdir:
"Fərz namazında, salamdan sonra insanın tələsmədən oturması, (çox önəmlidir). Çünki həmin vaxt, Allahın rəhmətinin endiyi ən əzəmətli vaxtlardandır. Ayağa durub getməyə tələsmə!
İstiğfar et (Bağışlanma dilə),
Təsbih et, (Subhanallah de)
Həmdlər et,
Təkbirlər gətir....."
İbnu Battal (Allah ona rəhmət etsin) belə deyir:
"Kimin günahı çox olarsa və Allahın o günahları, ona, əziyyət çəkmədən (bağışlayıb) silməsini istəyərsə, o zaman: Namaz qıldığı yeri, namazdan sonra gec tərk etsin. Orada oturub, bu fürsətdən yaxşı istifadə etsin. Mələklərin, ona dua edib, istiğfar etməsi o zaman çoxalar.
Şərh İbnu Battal 3 / 114
Comments
Post a Comment