QEYBƏT





Heç bir şəkk-şübhə yoxdur ki, qeybət bütün müsəlman icmasının rəyinə görə haramdır. Kitab və sünnədə onun haram olmasına dəlalət edən bir çox açıq dəlillər var. (Nəvəvinin “əl-Əzkər”-nə bax! Səh; 289)

Allah taala buyurur:

“Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bə’zisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”. (əl-Hücurat, 12)


Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

“Müsəlman müsəlmanın qardaşıdır. Ona xəyanət etməz, yalan danışmaz, dönük çıxmaz. Bir müsəlmanın digər müsəlmana namusu, malı və qanı haramdır. Təqva məhz buradadır. Bir müsəlman digər müsəlmanı təhqir etməklə şərə rəvac vermiş olur”. (Müslim 4/1984 Əbu Davud 4/273 Tirmizi 4/325)

Daha ətraflı: https://d1.islamhouse.com/data/az/ih_books/single/az_Dilin_Toratdiyi_Balalar.pdf

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?