ANALAR RƏHMLİDİRLƏR
Ənəs ibn Malik (radiyallahu anhu) rəvayət edir ki,
"Bir qadın Aişənin yanına gəldi. Aişə ona üç dənə xurma verdi. O, körpələrinin hərəsinə bir xurma verdi. Birini də özünə saxladı. Körpələr xurmaları yedikdən sonra analarının üzünə baxdılar. Anaları (saxladığı) bir xurmanı iki yerə bölüb hər birinə xurmanın bir yarısını verdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) gəldikdə, Aişə ona bu haqda xəbər verdi. O dedi: “Səni təəccübləndirən nədir? O körpələrinə rəhm etdiyinə görə, Allah da ona rəhm etdi”.
Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı / 49-cu fəsil. Analar. Səhihdir
Comments
Post a Comment