SƏLƏFİN VALİDEYNLƏRƏ MÜNASİBƏTİ
VALIDEYNLƏRƏ ETDİKLƏRİNİN ƏVƏZİNİ VERMƏK
Əbu Burdə (radiyallahu anhu) deyir ki, mən ibn Ömərlə (radiyallahu anhumə) bir yerdə idim. Yəmənli bir kişi öz anasını kürəyində daşıyaraq Kəbəni təvaf edir və deyirdi:
Doğrusu, anamın müti dəvəsiyəm,
Dəvə yorulsa da, yorulan deyiləm.
Sonra kişi dedi: “Ey ibn Ömər! Bir de görüm, anamın mənə elədiklərinin əvəzini verdimmi?” İbn Ömər dedi: “Xeyr! (Bu elədiyin, heç doğuş zamanı olan) bir iniltini belə əvəz etmir”.
Bunun ardından ibn Ömər təvaf etdi. (Kəbəni təvaf edib bitirən kimi) İbrahim məqamına gəlib iki rükət namaz qıldı. Sonra da dedi: “Ey ibn Əbu Musa! Həqiqətən, hər iki rükət namaz onlardan öncəki günahları silir”.
Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı kitabı. 6-cı fəsil. Səhihdir (11)
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:
“Övlad valideynə onun üçün etdiklərinin əvəzini (heç nə ilə) qaytara bilməz. Yalnız onu kölə ikən alıb azad etməsi istisnadır”.
Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı kitabı. 6-cı fəsil. Səhihdir (10)
Comments
Post a Comment