"EY ALƏMLƏRİN RƏBBİ! BİZİ DƏ, ONU DA ƏFV ET!"




Ummu Sələmə (radiallahu anhə) belə rəvayət etmişdir:

«Allah Rəsulu (sallallahu aleyhi və səlləm) yenicə ruhunu tapşırmış Əbu Sələmənin yanına gəldi. Mərhumun açıq gözlərini qapadı və buyurdu: «Ruh bədəndən aparılarkən göz onu təqib edir». Bu əsnada ev əhlindən bəziləri fəryad edib ağladılar. Allah Rəsulu: «Özünüzə (bir-birinizə) ancaq xeyir dua edin. Çünki mələklər dualarınıza Amin deyirlər», - deyə onlara xəbərdarlıq etdi. Ardınca da mərhuma belə dua etdi:

«Allahım! Əbu Sələməni bağışla! Hidayətə gələnlər arasında onun dərəcəsini yüksəlt. Qalan yaxınlarının vəkili Sən ol və onları xeyirli insanlar et. Ey aləmlərin Rəbbi! Bizi də, onu da əfv et. Qəbrini genişlət və nurla doldur»

Müslim, Cənaiz 7

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?