"ALLAHDAN QORXAN KİMSƏNİN VAR-DÖVLƏTLİ OLMASI EYİB DEYİL. LAKİN..."

                    



Abdullah ibn Xubeyb əl-Cühəni əmisindən rəvayət edir ki, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) bizim yanımıza gəldikdə, onun üzərində qüsl əla­mətləri var idi və əhvalı-ruhiyyəsi də yaxşı idi. Biz onun əhli-əyalı ilə yaxınlıq etdiyini zənn edib dedik: “Ey Allahın elçisi! Biz səni yax­şı əhvalı-ruhiyyədə görürük”. O dedi: “Elədir, həmd olsun Allaha!” Sonra var-dövlət barədə söhbət açdılar. Peyğəm­bər (sallallahu aleyhi və səlləm) dedi: “Allah­dan qorxan kimsənin var-dövlətli olması eyib deyil. Lakin Allah­dan qorxan kimsə üçün sağlamlıq var-dövlətdən daha xeyirlidir. Əhvalı-ruhiyyənin yaxşı olması isə nemətdir”.

Səhih əl-Buxari, 142-cu fəsil     

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?