"HƏQİQƏTƏN, ALLAH İNSANLARA ƏSLA (ZƏRRƏCƏ) ZÜLM ETMƏZ, LAKİN İNSANLAR ÖZLƏRİ ÖZLƏRİNƏ ZÜLM EDƏRLƏR". (YUNİS SURƏSİ, 44)




ALLAHIN HARAM BUYURDUĞU ŞEYLƏRDƏ ALLAHA YOX, YALNIZ İNSANIN ÖZÜNƏ VƏ ƏTRAFDAKILARA ZÜLM, ZƏRƏR VƏ FƏSAD VARDIR!


Bunların bir neçəsini sadalayaq.

Uca Allah buyurur:

“Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?” əl-Maidə surəsi, 90-91


ARAQ İÇMƏK

İnsanın ağlını örtür, inkişaf eləməyə, düzgün fikirləşməyə mane olur

Kişiliyini aparır (uşaq kimi davramağa vadar edir, ətrafdakıları özünə güldürür və s.)

Pis əməlləri insana gözəl göstərir

Bəla və müsibətlərə səbəb olur (insan ölümünə və. s)

Ailə üzvlərinin daim utanc hissi keçirməsinə səbəb olur və s.

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?