PEYĞƏMBƏRİN (SALLALLAHU ALEYHİ VƏ SƏLLƏM) DUALARI





Abdullah ibn Ömər (radiyallahu anhu) rəvayət edir ki, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) belə dua edərdi:

“Allahım! Mənə əta etdiyin nemətin qurtar­masın­dan, verdiyin sağlamlı­ğın dəyişməsindən, əzabın qəfil gəlməsindən və Səni qəzəbləndirəcək hər şeydən Sənə sığınıram!” (Səhihdir. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı / 288-ci fəsil, 685) 

Peyğəm­bər (sallallahu aleyhi və səlləm) çox vaxt belə dua edərdi:

“Ey qəlbləri çevirən Allahım! Qəlblərimizi dinin üzərində sabit et”. (Səhihdir. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əxlaqı / 288-ci fəsil, 683)

Allah Elçisi (sallallahu aleyhi və səlləm) demişdir:

“Qulun “Allahım, Səndən dünya və axirətdə salamatlıq diləyirəm” (Allahummə inni əs'əlukəl-muafətə fid-dunyə vəl-əxirati) - duasından daha fəzilətli ediləcək heç bir dua yoxdur”. (Tirmizi, 5/534)

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?