ORUCU BATİL ETMƏYƏN ŞEYLƏR
▪ Ətirdən və sürmədən istifadə etmək.
▪ Qüsl etmək və yuyunmaq.
▪ İynə vurdurmaq (qidalandırıcı və vitaminlərdən başqa), gözə dərman damcılatmaq.
▪ Ağzı və burnu suyu udmamaq şərti ilə yaxalamaq. Ağzı və burnu yaxaladıqda ehtiyatlı olmaq lazımdır. ▪Əgər təsadüfən su udlaqdan daxilə keçərsə, oruc batil olmur. Ona görə ki, bu bilərəkdən baş verməmişdir. Uca Allah buyurur:
“Etdiyiniz səhvlərə görə sizə günah yoxdur. Lakin qəsdən etdiyiniz işlərdən ötrü günah vardır” (əl-Əhzab, 5).
▪ Xörəyin dadına baxmaq.
▪Ağız suyu (tüpürcək), toz və tüstü udmaq. Ağız suyunu udmaq, eləcə də tüpürmək orucu pozmur.
Öpmək.
▪Cinsi orqanlardan çıxan maye (qəsdən şəhvət nəticəsində çıxan spermadan başqa). Ramazan gecələri yeməyə, içməyə və cinsi əlaqədə olmağa icazə verilir.
Comments
Post a Comment