Posts

Showing posts from March, 2018

"CƏNNƏT TƏNBƏLLİKLƏ, YATMAQ VƏ RAHATLIQLA ƏLDƏ EDİLMİR..."

Şeyx Saleh əl Fovzan (Allah onu qorusun) belə buyurur: “Cənnət tənbəlliklə, yatmaq və rahatlıqla əldə edilmir. Cənnət ancaq saleh əməllərlə, yorulmaqla əldə edilir ." Kəlimətu Ramadaniyyəh

RƏHBƏRƏ QARŞI ÇIXMAĞIN FƏSADLARINDAN

İmam Qurtubi (rahiməhullah) belə  buyurdu: "Zalım rəhbərə itaət etməyə səbr etmək ona qarşı çıxmaqdan daha üstündür. Çünki, onunla düşmənçilik etməkdə və ona qarşı çıxmaqda: - əmin-amanlığın qorxu ilə əvəz olunması - qanların tökülməsi, - səfehlərin özbaşınalığı, - müsəlmanların üzərinə basqınların yağması, - və yer üzərində fəsadın yaranması (təhlükəsi) vardır. " [ Əl-Cəmiu li-əhkəmil-Qur'an (2/109) ]

“ALLAHA AND OLSUN Kİ, BU HƏR NAMAZDA ÜMMƏTİM ÜÇÜN ETDİYİM DUADIR!”

Aişə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) yaxşı əhval-ruhiyyədə gördüm və dedim: - Ey Allahın Rəsulu, mənim üçün dua et. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: - Allahım, Aişənin keçmiş və gələcək, gizlində və aşkarda olan günahlarını bağışla! Aişə (Allah ondan razı olsun) təbəssüm edərək başını Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dizi üstünə qoydu. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: - Duam səni sevindirdimi? Aişə (Allah ondan razı olsun) dedi: - Sənin duan məni necə sevindirməyə bilərdi? Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: - Allaha and olsun ki, bu hər namazda ümmətim üçün etdiyim duadır! Səhih hədislər silsiləsi, 2254.

ƏTRAFIMDA OLAN İNSANLARI HAQQ YOLA NECƏ DƏVƏT EDİM?

Dəvət edən insan dəvət etdiyi sahədə müəyyən qədər elmli olmalıdır. Həmçinin yaxşı əməlləri tövsiyə edib pis əməllərdən çəkindirən kəs tövsiyə etdiyinə özü də əməl etməli, qadağan etdiyindən özü də uzaq olmalı, tövsiyə və qadağalarında ədalətə riayət etməli, tövsiyə və qadağalarında mülayimlik yolunu seçməli və dəvət etdiyi adamın islahı, haqqa yönəlməsi üçün Allaha dua etməlidir. Uca Allah buyurur: "And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa". (əl-Əsr surəsi). Yəni, yalnız bu dörd sifətə yiyələnən insan zərərdən çıxa və xeyrə nail ola bilər. 1⃣ İman gətirmək. 2⃣ Yaxşı əməllər etmək. 3⃣ Dəvət etmək, haqqı çatdırmaq. 4⃣ Səbr etmək. Ona görə də siz elm öyrənməli, hikmət və əxlaqla haqqa dəvət etməlisiniz. http://zikr.az/node/14218

QARDAŞIM NAMAZI TƏRK EDİB, ONUN YENİDƏN NAMAZA QAYITMASI ÜÇÜN HANSI DUANI EDİM?

Bunun üçün xüsusi dua yoxdur. İstədiyiniz kimi dua edə bilərsiniz. İman itaətlə artar, asiliklərlə (günahlarla) də azalar. Ona görə də qardaşınızı günahlardan, günaha aparan vasitələrdən və insanlardan çəkindirməyə çalışın. Həmçinin onu gözəl şəkildə dəvət etməkdə də davam edin. Uca Allah buyurur: "İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!" (“ən-Nəhl” surəsi, 125). Qardaşınıza tez-tez namaz qılmayanların və ya qılıb atanların axirətdə şiddətli əzaba düçar ola biləcəyini xatırladın: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (“Məryəm” surəsi, 59) Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: "Mən peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruş­dum: "Hansı əməl daha fəzilətli sayılır?" O (salləllahu aleyhi və səlləm) bu­yurdu: ...

MÖMİN QADININ AİLƏSİ CAHİLDİRSƏ, ONLARIN TƏSİRİNDƏN NECƏ QORUNSUN?

Bu insan tələsmədən və bezmədən Allaha dua edərək ailəsini haqq yola dəvət etməlidir. Dəvət zamanı hikmətli, əxlaqlı və səbirli olmaq, dinin əleyhinə danışarlarsa bunun böyük günah olmasını gözəl şəkildə bildirmək lazımdır. Uca Allahın ayələrini və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hədislərini yaxşı öyrənib tez-tez xatırlatmaq, öz sözlərinizlə izah etməkdən daha təsirlidir. Əvvəlcə tövhid, şirk kimi əsas məsələləri çatdırmaq, sonra digər mövzulara mərhələ ilə keçmək lazımdır. Bunların hamısını bir gündə yox, hər dəfə yavaş-yavaş yadda qalacaq qədər demək yaxşıdır. Uca Allah buyurur: "Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125). Həminçin, özü də sabit qalmaq üçün imanını artırmalı, dini öyrənmək üçün vaxt ayırmalı və özü kimi mömin bacılarla ünsiyyətdə olmalıdır. Daha ətraflı: http://zikr.az/no...

HƏYAT YOLDAŞIMI NAMAZA NECƏ DƏVƏT EDİM?

Bir insanı doğru yola dəvət etmək bəzən uzun bir müddət tələb edə bilər. Ona görə də ruhdan düşməyin, elminizi artırın, hikmət və səbirlə vaxtaşırı dəvət edin.  Uca Allah buyurur: "Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (“ən-Nəhl” surəsi, 125).

XƏSTƏLİYİN KEÇMƏSİNDƏN EHTİYAT EDƏRƏK XƏSTƏ İNSANDAN UZAQLAŞMAQ OLARMI?

Əgər xəstəlik keçicidirsə, özünü qorumaq məqsədilə xəstədən bir müddət uzaqlaşmaq olar.  Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Cüzam xəstəliyindən şirdən qaçdığın kimi qaç". (əl-Buxari, 5707). "Əgər bir yerdə taun varsa, o yerə girməyin. Əgər bir yerə taun gələrsə, o yerdən çıxmayın". (əl-Buxari, 5729). "Xәstәni sağlam olanların arasına gәtirmәyin". (əl-Buxari, 5771). zikr.az/node/14517

RƏCƏB AYINI İBADƏTLƏRLƏ XÜSUSİLƏŞDİRMƏK

İmam ibn Qeyyim (rahiməhullah) demişdir: "Rəcəb ayının gündüzləri oruc tutmaq və gecələri namaza durmaq barədə varid olan bütün hədislər iftiraçının yalanıdır". Əl-Mənərul Munif, səh. 96 İmam Muqbil (rahiməhullah) demişdir : "Rəcəb ayının ibadətlərlə xüsusiləşdirməyə dəlil bilmirik. Bu barədə insanların etdikləri bidətdir". Qamul Məanid, 2/292 Alləmə Saleh Fouzan (hafizahullah) demişdir: "Alimlər zikr edirlər ki, Rəcəb ayını hər hansısa ibadətlərlə xüsusiləşdirmək caiz deyil". Ət-Taliq alə İğasətul Ləhfən, h. 25/6/1437

"ƏGƏR SƏNƏ ŞEYTANDAN BİR VƏSVƏSƏ GƏLSƏ..."

Quran və Sünnədə müsəlmana göstərilən yol şeytanı söymək, lənətləmək yox, əksinə müəyyən zikrlərlə onun şərrindən Allaha sığınmaqdır Bir gün səhabələrdən biri Peyğəmbərlə (səllallahu aleyhi və səlləm) yol gedirdi və qəflətən heyvanın ayağı büdrədi. Həmin səhabə dedi: "Lənət olsun şeytana!" Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: - "Şeytanı lənətləmə, çünki sən onu lənətləyəndə, o, ev kimi böyüyür və deyir: "Bu mənim gücümdür!". Sən əksinə "Bismilləh" de, çünki "Bismilləh" deyəndə şeytan balacalaşır və milçək boyda olur" (İmam Əhməd, Əbu Davud) Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". ("Fussilət"surəsi, 36)

ALLƏMƏ ŞEYX SUHEYMİ İLƏ ŞEYX QAMƏTİN GÖRÜŞÜ

ŞEYX SUHEYMİYƏ SUAL VERİB ŞEYX QAMƏTİ VURMAQ İSTƏYƏNLƏRİN İFŞASI - 27.12.2016 Aşağıdakı linkdə izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=MvcSotz4qXQ&feature=youtube_gdata_player

"АЛЛАХ НЕ БУДЕТ ДАВОЛЕН МУСУЛЬМАНАМИ ДО ТЕХ ПОР, ПОКА ОНИ..."

Сказал Шейх Раби’ (да сохранит его Всевышний Аллах): «Мы обязаны заботиться о таухиде (единобожии). Клянусь Аллахом, пропала эта община и напали на нее иудеи, христиане, огнепоклонники, коммунисты и остальные только после того, как они (мусульмане) утратили таухид. И Аллах направил на них это унижение, и Он не будет доволен ими (мусульманами) до тех пор, пока они не вернутся к тому Исламу, на котором были пророк Мухаммад (ﷺ) и его благородные сподвижники». Нафахатуль-худа валь-иман: 37

MİSİRİN QOCAMAN ŞEYXİ ŞEYX ABDULVƏHHAB BƏNNA (HAFİZAHULLAH)

ŞEYXİ ŞEYX ABDULVƏHHAB BƏNNA:  ŞEYX TALAT ZAHRAN ƏHLİSÜNNƏDİR.   Aşağıdakı linkdən izləyə bilərsiniz: - https://youtu.be/-11W09Blq0s

ŞEYX TALAT ZAHRAN QAMƏT SÜLEYMANOV HAQQINDA

“ŞEYX İBN BAZZ ONU SEVİRDİ , ONU TÖVSİYƏ EDİRDİ VƏ ONU TƏRİFLƏMİŞDİ VƏ ONDAN TƏLƏB ETMİŞDİR Kİ…” Mənsur Cəlilovun Şeyx Talat Zəhran (hafizəhullaha) Şeyx Qamət haqda sualı: Sual: Qamət qardaşımız haqqında nə deyə bilərsiniz? Bəziləri deyirlər ki, “o, elm-tələbəsi deyil və buna bənzər şeylər söyləyirlər.  Şeyx Talat Zəhran (hafizəhullah): Belə demək, Qamət qardaşıma qarşı zülmdür. Qamət qardaş haqqında artıq məşhurdur ki,  Şeyx ibn Bəzz rahiməhullah onu sevirdi və onu tərifləyirdi, vəsiyyət edirdi  və həmçinin, ondan tələb etmişdir ki, Azərbaycanda Tovhid dərsləri keçsin. Buna görə də, o, Azərbaycan elm əhlinin köküdür. Biz Azərbaycanda Qamət qardaşdan başqa seçilən tələbə tanımırıq. Bütün elm əhli - elm tələbələri də daxil olmaqla - onu tərifləyirlər. Mən onu mənim dərslərimi götürdüyünə görə, mənim şərhlərim haqqında danışdığına görə tərilfləmirəm. Lakin o, seçilən elm tələbəsidir.  Şeyx ibn Bəzz  ona təzkiyə verib, Şeyx Rabi ona təzkiyə ver...

MÜSƏLMAN BAŞQALARI HAQQINDA HÖKM VERMƏYİB, ÖZÜNƏ FAYDA VERƏN ƏMƏLLƏR ETMƏLİDİR!

Sıravı müsəlmanlar başqalarının, xüsusən də cahillərin kafir və ya müşrik olması barədə hökm verməkdə mükəlləf deyillər və bu barədə axirətdə sorğu-sual olunmayacaqlar. Bu, yalnız alimlərin və hakimlərin işidir. Lakin kim bu məsələyə qarışaraq, konkret bir şəxs haqqında hökm verib onun kafir və ya müşrik olduğunu desə, artıq dediyi sözə görə məsuliyyət daşıyır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Heç bir insan digərini fasiqlikdə və kafirlikdə ittiham etməsin. Çünki onun dediyi kimi olmasa, bu söylədiyi özünə qayıdar" (Buxari 6045, Muslim 61). Digər rəvayətdə isə buyrulur: “Hər hansı kişi öz qardaşına: "Ey kafir!" - deyərsə, bu söz onların ikisindən birinə qayıdar". (Buxari 6104, Muslim 60). Ona görə də bu məsələlərdə mötəbər elm əhlinə tabe olaraq, onların dediklərindən kənara çıxmamaq və axirətdə özünə fayda verəcək məsələlərlə məşğul olmalıdır Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Alla...

BUNLARI BİRLİKDƏ YEMƏK OLMAZ

Bəzən yeməkdən sonra ürək bulanmalar, zəhərlənmələr ola bilər, bunları bilmək ən azından ağır fəsadlardan həm özümüzü həm də ətrafımızı qoruya bilərik. Qatıqla birlikdə balıq yemək. Bunları birlikdə yemək ağır xəstəliyə səbəb ola bilər. Yemişlə birlikdə bal yemək çox ağır zəhərlənməyə səbəb ola bilər. Çiriş göyərtiyə bənzər qovrularaq yeyilən bir göyərtidir qovurmazdan əvvəl 10 dəqiqə qaynadıb sonra qovurmaq lazımdır. Qaynadılmayanda güclü ürək bulanma və qusmaya səbəb ola bilir. Qatıqla sirkə birlikdə yeməklərə istifadə olunanda zəhərlənməyə ssəbəb ola bilər. Südlə təzə pendir, südlə balıq, südlə qatıq da birlikdə yeyiləndə mədə bağırsaq pozulmalarına səbəb ola bilər. Bakı Sumqayıt yolunda sarı rəngdə yağlı göbələk satılır, dadlı bir göbələkdir amma qaynatmadan qovrulması zəhərlənməyə səbəb ola bilər. Üzəri gümüşü falqaya bükülmüş və bişirilmiş əti qətiyyən yeməyin. Müəyyən edilmişdir ki, bu çox güclü bir konserogendir yəni xərçəng əmələ gəlməsinə səbəb o...

8 MART

İslamda cəmi iki bayram var - Qurban və Ramazan bayramları. 8 Mart bayramının isə dinimizlə və adət-ənənəmizlə heç bir əlaqəsi yoxdur. Əslində dinimiz bizə qadınlara hörmət etməyi və sevməyi tək 8 martda yox, hər gün üçün əmr etmişdir. Kafirlərdə isə cəmiyyətin müəyyən təbəqələrinə hörmət olunmayaraq unudulduğu üçün onları xatırlatmaq məqsədilə xüsusi günlər təyin edilmişdir - qadınlar günü, atalar günü və s. Bu günlərdən biri də 8 Mart günüdür. Uca Allah qadınlarla yaxşı davranmağı əmr etdiyi üçün onlarla hər gün xoş davranmaq və tez-tez hədiyyə almaq kişilərə vacibdir. Ona görə də, ildə bir dəfə bu cür bayram keçirmək dinimizə ziddir. Uca Allah buyurur:  “Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.” (ən-Nisa, 19) Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Hədiyyə verin ki, bir-birinizi sevəsiniz" (Beyhəqi)

DUANIN QƏBUL OLAN VAXTLARI, YERLƏRİ VƏ HALLARI

…. 7⃣. Cümə Günü Edilən Dua Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) Peyğəmbər (sallallahu aleyhi və səlləm) cümə gününü yada salıb buyurdu: “Bu gündə elə bir saat var ki, müsəlman olan hər kim (həmin vaxt) namaz qılıb Uca Allahdan bir şey istəsə, Allah ona istədiyini mütləq verər”. Sonra o, əli ilə işarə edib həmin vaxtın olduqca az olduğunu göstərdi” (Buxari 935, Müslim 852, 1970) Cümə günündə olan həmin anın hansı vaxtda olması barədə alimlərin müxtəlif rəyləri vardır. Lakin ən güclüsü və dəlilə daha yaxın olanı iki rəydir: 1⃣-cisi: İmamın minbərdə oturduğu vaxtla namazı qılıb bitirdiyi vaxt arasında olan andır Əbu Burdə İbn Əbi Musa əl-Əşari, İbn Ömərin (Allah ondan razı olsun) ona belə dediyi rəvayət olunur: “Atanın Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) Cümə günündə olan o an barədə bir şey söylədiyini eşitdinmi?”. Dedi: “Bəli, onun belə dediyini eşitdim. Eşitdim ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “O (an) imam minbərdə oturduğu v...

"AZYAŞLI QIZLARIN QISA PALTARLAR GEYİNMƏSİDƏ YUMŞAQLIQ GÖSTƏRMƏK İCAZƏLİ DEYİLDİR. ÇÜNKİ... "

Şeyx ibn Bəzz rahiməhullah belə buyurur: “Azyaşlı qızların qısa paltarlar geyinməsində yumşaqlıq göstərmək icazəli deyildir. Çünki onların belə tərbiyələnməsi, daha sonradan bu cür geyinməyə alışmaqlarına və böyüdükləri zaman bundan qeyrisinə nifrət etmələrinə gətirib çıxarır”. "ət-Təbərruc va Xataruhu" səh. 16.  Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" "ət-Təhrim" surəsi, 6

HƏMİN VAXT DUA EDƏNİN DUASI QƏBUL OLUNAR

Cabir (radıyəllahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: «Cümə günü on iki saatdır. Həmin vaxt Allaha dua edən bəndəyə, istədiyi verilər. Siz bu vaxtı əsr namazından sonra axırıncı saatda axtarın.» Əbu Davud 1048. Nəsəi 1388. Şeyx Albani, Hədisi Şeyx Albani səhihləşləşdirib ət-Tərğib 703,`də, hədisi səhihləşdirmişdir

QİYAMƏT GÜNÜ ALLAH RƏSULUNA ƏN YAXIN OLAN KİMSƏ

Əbu Uməmə (radıyəllahu ənhu) rəvayət edir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Cümə günü mənə salavat deməyi çoxaldın. Həqiqətən, ümmətimin salavatı hər cümə günü mənə çatdırılır. Kim mənə salavat gətirməyi çoxaldarsa, (Qiyamət günü) mənə ən yaxın olan kimsədir.” Beyhəqi, Sunənul Kubra, 5995. Şeyx Albani, Səhih ət-Tərğib 1673`də, hədisi həsənləşdirmişdir

"CÜMƏ GÜNÜNÜN FƏZİLƏTİ"

Avs ibn Avs (radıyəllahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Həqiqətən, cümə günü sizin ən fəzilətli günlərinizdəndir.” Əbu Davud 1047. Şeyx Albani səhih demişdir Əbu Hureyra (radıyəllahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Günəşin çıxdığı ən xeyirli gün cümə günüdür.” (Muslim 854. Tirmizi 488) Əbu Lübəbə (radıyəllahu ənhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: “Həqiqətən, cümə günü, günlərin ağası və Allah yanında ən əzəmətli olanıdır.” İbn Macə 1084. Albani həsən demişdir

“KİM VACİB NAMAZDAN SONRA BUNU OXUSA CƏNNƏTƏ GİRƏR”

Salam verib namazı bitirdikdən sonra edilən zikrlər Hər (vacib) namazdan sonra Kursi ayəsini (əl-Bəqərə surəsi, ayə 255) oxumaq Peyğəmbər (sallallahu aleyhi vəs səlləm) demişdir: “Kim (vacib) namazdan sonra bunu oxusa, onun Cənnətinə daxil olmasına ölümdən başqa heç nə mane ola bilməz” ən-Nəsai «Aməlul-Yəumi vəl-Leyl», 100. əl-Albani bu hədisi “səhih” hesab etmişdir. Bax: «Səhihul-Cami», 5/339; «Sil­si­lətul-Əhadisi-s-Səhihə» 2/697 № 972.  Ayətul Kursi: Əuzu billəhi minə-ş-şeytani-r-racim, (Lənətlənmiş şeytandan Allaha sığınıram). "Əllahu lə iləhə illə huvə-l-həyyu-l-qayyum. Lə tə'xuzuhu sinətun valə nəvm. Ləhu mə fi-s-səməvati vamə fi-l-ard. Mən zəlləzi yəşfəu indəhu illə bi iznihi. Yə'ləmu mə beynə əydihim vamə xalfəhum. Valə yuhitunə bişeyin min ilmihi illə bimə şəə vasi'ə kursiyyuhu-s-səməvati va-l-ard. Valə yəuduhu hifzuhumə va huvə-l-aliyyu-l-azim". (əl Bəqərə, 255). Mənası: Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Q...

“YENİ İL” HAQQINDA

Qamət Süleymanov Aşağıdakı linkdən dinləyə bilərsiniz: www.youtube.com/watch?v=znmgOZk6Eco  - 3 dəqiqədir

“YENİ İL”İ NƏ ÜÇÜN QEYD ETMƏMƏLİYİK?

Uca Allah Öz mübarək kitabında buyurur: "Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları (özünə) dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz…" (əl-Məidə 51). İbn Kəsir və başqa təfsir alimləri (Allah onlara rəhmət etsin) bu ayədə "dost" deyərkən: "Kafirlərin bütün söz və davranışlarını - adətlərini, bayramlarını və b. kimi əlamətlərini götürüb, qəbul edib, tətbiq etmək - olduğunu demişlər". Bu haqda Qurani Kərimdən əl-Cəsiyə, 18; əl-Bəqərə 145; əl-Furqan 72 ayələri və s. misal gətirmək olar. Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) buyurur: "And olsun ki, sizdən öncəkilərin yoluna qarış-qarış uyacaqsınız. Hətta onlar hansı deşiyə soxulsalar, siz də, ora soxulacaqsınız. Səhabələr dedilər: Ey Allahın Rəsulu, Yahudi və Xristianları qəsd edirsiniz? Rəsulullah: "Başqa kim olacaqki?!", - deyə cavab verdi". (Buxari və Muslim). Başqa bir hədisdə A...

“YENİ İL”İN MÜSƏLMANLAR ÜÇÜN TƏHLÜKƏSİ TƏKCƏ BUNDAN İBARƏT DEYİL

“Yeni il” İslamın əsasına – tövhidə ziddir. Uşaqlarımıza guya hər bir arzuları yerinə yetirən “hər şeyi eşidən” və “hər şeyə qadir olan” Şaxta baba təlqin edilir və onlar öz istəkləri ilə Şaxta babaya yönəlirlər, halbuki, bu şəkildə yalnız Allaha yönəlmək olar. Uca Allah buyurur:  “Allahdan başqa heç kəsə dua etməyin!” (Qurani-Kərim, “Cin” surəsi, 18-ci ayə). Şaxta babaya yönəlməkdən əlavə, bütpərəstlərin bütlərini bəzədiyi kimi küknar ağacları bəzədilir, daha sonra Kəbənin ətrafında təvaf edirmiş kimi nəğmə oxuyaraq küknar ağacının ətrafında dövrə vurulur. Bütün bunlardan əlavə, insanlar “yeni il”in sehrinə inanırlar – guya bütün köhnə və pis şeylər köhnə illə geridə qalacaq və yeni ildə bütün arzular çin olacaq. Yuxarıda sadalanan bütün əməllər İslam nöqteyi-nəzərindən qadağandır. Bundan əlavə, bu əməllərdən bəziləri özündə ən böyük günahı – Allahın bağışlamadığı şirki ehtiva edir. Uca Allah buyurur:  “Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamaya...

“YENİ İL”İ NƏ ÜÇÜN QEYD ETMƏMƏLİYİK?

MÜSƏLMANLARIN ÖZÜNÜ İSA PEYĞƏMBƏRİ “ALLAH” ADLANDIRARAQ ALLAHI QƏZƏBLƏNDİRƏNLƏRƏ BƏNZƏTMƏSİ YOLVERİLMƏZDİR Bu sözlərin mənası odur ki, insanın kimdən xoşu gəlirsə, həmişə özünü ona bənzətməyə çalışır. Lakin müsəlmanların özünü İsa Peyğəmbəri (Allahın ona salamı olsun) “Allah” adlandıraraq Allahı qəzəbləndirənlərə bənzətməsi yolverilməzdir. Orta əsrlərin böyük İslam alimi ibn Teymiyyə (Allah ona rəhmət etsin) deyib: “Qeyri-müsəlmanların hər hansı bayramlarında onlara bənzəmək o deməkdir ki, insan onların yalan əqidələri və ənənələrindən məmnundur”. (“əl-İqtida”, 229). Daha ətraflı: selefxeber.az/analitika-ve-islam/yeni-ili-ne-ucun-qeyd-etmemeliyik

“YENİ İL”İ NƏ ÜÇÜN QEYD ETMƏMƏLİYİK?

“YENİ İL” – XRİSTİANLARIN İSLAM ƏQİDƏSİNƏ ZİDD OLAN DİNİ BAYRAMIDIR. Hətta, müsəlmanların təqvimi də xristianların təqvimindən fərqlənir – müsəlmanlar il hesabını ay təqvimi ilə aparır və təqvimi Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Məkkədən Mədinəyə hicrət etdiyi ildən hesablayırlar. Xristian il hesabı isə günəş təqvimi əsasında aparılır və İsa Peyğəmbərin (Allahın ona salamı olsun) doğulduğu gündən başlayır. Xristianların fikrincə, İsa Peyğəmbər (Allahın ona salamı olsun) dekabr ayının son günlərində doğulub. Vaxtın hesablanmasında qeyri-dəqiqliyə yol verməmək üçün isə “yeni il” yanvarın əvvəllərində qeyd edilir. Nəticə etibarilə, “yeni il”i qeyd etməklə müsəlmanlar xristian bayramını qeyd edir, bu isə xristianlara bənzəməkdir və İslamda qadağan olunan əməldir, çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizi bundan çəkindirib: “Kim bir qövmə bənzəyərsə, o onlardandır”. (Əhməd). Daha ətraflı: selefxeber.az/analitika-ve-islam/yeni-ili-...

“YENİ İL”İ NƏ ÜÇÜN QEYD ETMƏMƏLİYİK?

ÇOXSAYLI BAYYRAMLARIN TƏRƏFDARLARI TEZ-TEZ İDDİA EDİRLƏR Kİ… Bayramlar bir-birinə yaxın olan insanların bir yerə toplaşması üçündür. Halbuki, yaxın insanların bir yerə toplaşması üçün bayram icadına ehtiyac yoxdur. Mahiyyət etibarilə, bu cür bəhanələrin çoxunu içki içməyi sevənlər uydurub. Çünki əgər insan səbəbsiz içki içirsə, onu əyyaş hesab edirlər, əgər bayram münasibəti ilə içirsə, deməli, sadəcə “istirahət edir”. Allaha həmd olsun ki, müsəlmanlar üçün belə bir problem mövcud deyil. Daha ətraflı: selefxeber.az/analitika-ve-islam/yeni-ili-ne-ucun-qeyd-etmemeliyik

“YENİ İL”İ NƏ ÜÇÜN QEYD ETMƏMƏLİYİK?

“ALLAH SİZƏ BUNLARDAN DAHA XEYİRLİ OLANLARI VERDİ” İslamda bayramların hökmü dinin bir hissəsini təşkil edir. Yəni bayram qeyd etməklə biz Uca Allaha ibadət edirik ki, bu da Allah-Təalanın bizə lütfüdür. Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) Mədinəyə hicrət edəndə, bir qrup insanın oynayıb-əyləndikləri iki günün olduğunu eşidir. “Bu günlər nədir?” – deyə soruşduqda, onlar: “Cahiliyyət dövründə bu iki gündə oynayardıq” – dedilər. Peyğəmbərimiz isə (Allahın ona salavat və salamı olsun) buyurdu: “…Allah sizə bunlardan daha xeyirli olanlarını verdi: Qurban və Ramazan bayramları”. (Əbu Davud, 1134). Bu hədis ona dəlalət edir ki, Uca Allah istər dünyəvi və ya dini, müsəlmanların əvvəllər qeyd etdikləri bütün bayramları hədisdə adı çəkilən 2 bayramla əvəzləyib. Daha ətraflı: selefxeber.az/analitika-ve-islam/yeni-ili-ne-ucun-qeyd-etmemeliyik

“YENİ İL”İ NƏ ÜÇÜN QEYD ETMƏMƏLİYİK?

“YENİ İL”İN İSLAMDA HÖKMÜ BARƏDƏ MAARİFLƏNDİRİCİ MƏQALƏ Çoxlarımız bütün uşaqlığımız boyu səbrsizliklə “yeni il”i gözləmişik. Çoxları üçün bu ən xoş və sevimli bayram olub və hətta, böyüdükdən sonra da o bizdə xoş xatirələr oyadıb. Bəs, bu bayram həqiqətənmi bu qədər xoş və zərərsizdir? Bir çox müsəlmanlar bu məsələdən tam baş çıxarmayıb və bunun günahının çoxu bu haqda məlumatları digərlərinə asan və başa düşülən şəkildə çatdıra bilməyən müsəlmanlardadır. “Yeni il” barəsindəki məqalələrin çoxu bütpərəstlərin ilahları barədə qorxunc yazılar və ya bir çox şəri terminlərlə dolu uzun və mürəkkəb məqalələrdir. Daha ətraflı: selefxeber.az/analitika-ve-islam/yeni-ili-ne-ucun-qeyd-etmemeliyik

YENİ İLİ KEÇİRTMƏK OLAR?

Uca Allah iman gətirənlərə müraciət edərək buyurur: “Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər (pislik və zərər verməyə çalışır), sizin sıxıntıya düşməyinizi istəyərlər (sizə çətin əziyyət verəcək şeyi xoşlayarlar). Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik”. (“Ali İmran” surəsi, 118) “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz”. (“əl-Maidə” surəsi, 51) Qeyd: Yahudi və xristianlar tarix boyu müsəlmanlara zülm etmiş və onları öldürmüşlər. Təkcə elə 20 yanvar və Xocalı faciələrini xatırlamaq kifayətdir. Elə isə nə üçün uşaqlarımıza onları və onların adət ənənələrini sevdirməliyik?! Kafir bayramları içki, zina, israfçılıq və digər günahlarla ...

BU QİDANI HƏR GÜN QƏBUL ETMƏYƏ ÇALIŞIN

Elmi araşdırmalar göstərib ki, kələmin bütün növləri (ağ kələm, qırmızı kələm, gül kələmi, pekin kələmi, kolrabi, brokkoli) güclü xərçəngəleyhinə təsirə malikdir. Bütün kələm növlərində kanserogen (xərçəngin inkişafına təkan verən) maddələrini neytrallaşdıran və bununla da xərçəngin riskini azaldan “sulforafan” var. Bu maddə xüsusilə brokkoli kələmində çoxdur. Müxtəlif ölkələrdə laboratoriya heyvanları üzərində aparılan eksperimentlər göstərib ki, kələmin bütün növləri xərçəng hüceyrələrinin inkişafını və yayılmasını xeyli ləngidir. Həkimlər insanlara hər gün müxtəlif kələm növlərini qidalanmalarına daxil etməyi tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, kələm mümkün qədər çiy və ya buğda bişirilmiş halda (kələm salatı, buğda bişirilmiş brokkoli və ya gül kələmi və s.) qəbul edilməlidir. Bu kələmin tərkibində olan bütün xərçəngəleyhinə maddələri saxlamağa kömək edir. selefxeber.az/saglamlig/bu-qidani-her-gun-qebul-etmeye-calisin “İşlərini qurtaran kimi Allah yolunda çalış!” ...

BALLA MÜALİCƏ

………. İbn əl-Qeyyim əl-Cauziyyə balla müalicə haqqında belə yazır: “Peyğəmbərin (sallallahu aleyhi və səlləm) balla müalicə metoduna gəlincə, o balı soyuq suda həll edərək içərdi. Bu metodd ən əfzəl təbiblərin bildiyi və tövsiyə etdikləri bir metoddur və bunda səhhətin qorunması üçün böyük hikmətlər vardır. Balın səhər tezdən acqarına qəbul edilməsi sinəyə yığılan bəlğəmin əriməsinə, mədənin parazitlərdən və yapışqanlıqdan təmizlənməsinə, mədə ağızcıqlarının açılmasına və habelə, böyrək, qaraciyər və sidik kisəsinin düzgün fəaliyyətinə gətirib çıxarır. Bal mədəyə daxil olan ən faydalı və effektiv müsbət təsirə malik bir şirniyyat növüdür”. Daha ətraflı: www.islamevi.az/?p=1691

ALLAHA DUA ETMƏYƏ UTANIRAM

Allaha dua etməkdən utanmaq tamamilə səhv fikirdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Allah Ondan istəməyənə qəzəblənər". (İmam Əhməd, 2/442; ət-Tirmizi, 3373). Uzun bir qüdsi hədisdə Uca Allah buyurur: "... Ey Mənim qullarım! Mənim doğru yola yonəltdiyim kəslərdən başqa hamınız zəlalətdəsiniz. Elə isə Məndən doğru yol istəyin, Mən də sizi doğru yola yonəldim. Ey Mənim qullarım! Mənim yedirtdiyim kəslərdən başqa hamınız acsınız. Elə isə Məndən yemək istəyin, Mən də sizi yedirdim. Ey Mənim qullarım! Mənim geyindirdiyim kəslərdən başqa hamınız çılpaqsınız. Elə isə Məndən geyim istəyin, Mən də sizi geyindirim. Ey Mənim qullarım! Siz gecə-gündüz günah işlər görürsünüz. Mən isə bu günahları bağışlayıram. Elə isə Məndən bağışlanma diləyin, Mən də sizi bağışlayım...". (Muslim, 6737). Bu və digər bir çox hədislər ona dəlildir ki, insan bütün ehtiyaclarını Allahdan istəməlidir. Səhabələr hətta xəmirin duzunu və qoyunun yemini də Allahdan istəyərdilər. Ai...

“NƏ ÜÇÜN GƏNCLƏR TƏKFİR ETMƏYƏ, ÖLDÜRMƏYƏ, BİR SÖZLƏ AZĞINLIĞA VƏ BÖYÜK CİNAYƏTLƏRƏ CAN ATIRLAR?

ŞEYX SALİH ALİ ŞEYX: Sual: Cənab şeyx, bunun səbəbi nədədir? Yəni, nə üçün bu cavanlar bu yaşda olarkən aşkar elmləri tərk edir və bu kimi işlərə baş qoşurlar? Cavab: Bu məqamda yeri gəlmişkən deyim ki, psixoloqlara belə bir sualla müraciət etmək və onların rəyini öyrənmək lazımdır: "Nə üçün gənclər daha çətin işlərə, təkfir etməyə, öldürməyə, bir sözlə azğınlığa və böyük cinayətlərə can atırlar?" Təcrübəmə əsasən deyə bilərəm ki, gənc insan özünü göstərmək, dininin qeyrətini çəkdiyini isbat etmək istəyir. Həmçinin gənc insan öz nəzərində özünün doğru hesab etdiyi şeyə doğru, səhv hesab etdiyinə isə səhv demək əzmində olur. Gənc insan bu əzmkarlığı ilə istədiyi məsələyə bu imandır, bu isə küfrdür deməyə cürətlənir. Gənc insan özünü göstərmək, varlığını biruzə vermək istəyində olur. Hal-hazırda ümumi olaraq gənclərin davranışlarına nəzər salsaq görərik ki, hətta şəhvətani hərəkətlər edən, paltarında, əxlaqında, hərəkətlərində və simasında xoşagəlməz geyinən gənclər özlərin...

DUANIN ŞƏRTLƏRİ

...... 7⃣ Dua Edərkən Qəbul Olduğuna Yəqin Olmaq Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Allaha qəbul edildiyini bildiyiniz halda (yəqin olaraq) dua edin...” Tirmizî 3479, əl-Albani “Həsən”. 1⃣1⃣ Dua Edərkən Səsi Yüksəldərək (Qışqıraraq) Dua Etməmək “Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir”. (“əl-Əraf” surəsi 55). “Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma”. (“əl-Əraf” surəsi 205) Səhih dua və Zikrlər kitabı: Toplayan və Tərcümə Edən: Kamal Hüseyn

“ALLAHIN HÜDUDLARINA RİAYƏT EDƏNLƏ, SƏHLƏNKARLIQ EDƏN KİMSƏNİN HALI”

Rəsulullah (sallallahu aleyhi və səlləm) demişdir: “Allahın hüdudlarına riayət edənlə, səhlənkarlıq edən kimsənin halı, mindikləri gəminin göyərtəsini bölüşmək üçün püşk atan bir qrup insanın halına bənzəyir. Püşk nəticəsində bir qrup aşağıya, bir qrup da yuxarıya yerləşir. Aşağıdakılar su ehtiyaclarını qarşılamaq üçün göyərtəyə çıxarlar və su götürdükləri vaxt oradakıları narahat edərlər. Bundan xilas olmaq üçün aşağıda olanlardan biri balta ilə gəmini dəlməyə başlayar. Göyərtədəkilər ondan soruşarlar: Nə üçün belə edirsən? O isə belə cavab verir: “Su götürərkən sizə əziyyət veririk, lakin suya da ehtiyacımız var”. Əgər onlar buna mane olsalar, həm özlərini, həm də onları xilas edərlər. Əgər mane olmasalar, həm özləri, həm də onların hamısı suda boğularlar”. Buxari, Şəhadət, 30; Tirmizi, Fitən, 12.

“ONDAN XEYRİ GÖTÜRÜB, ŞƏRİ TƏRK EDƏCƏYƏM”

ŞEYX SÜLEYMAN ƏR-RUHEYLİ (ALLAH ONU QORUSUN) BUYURUR: "İmam Malikin (Allah ona rəhm etsin) dediyi kimi “Batilə yaxın durmaq həlakdır”. Buna görə də, əgər bir şəxs bidətlə tanınarsa, hava əhlindən olması ilə tanınar. Həmçinin, öz fənnində əlinə bayraq verilmiş imam olmazsa, kitablarında xeyir olsa belə bu şəxsdən elm almaq məsləhət bilinməz və kitablarının oxunması məsləhət bilinməz! Əgər elm əhli bir şəxsdən çəkindiriblərsə, elm tələbəsi öz tələbələrinə onun kitablarını məsləhət görə bilməz! Onun kitablarında olan xeyir başqa kitablarda da mövcuddur. Madəm ki, öz kitablarında batili təqdir edir, özü də bayraq verilmiş elm əhlindən deyilsə, onun kitablarına yaxın durmaq insanı bidətə sala bilər! Şeytanın addımları bu mövzuda ən təhlükəli formada olur. Mən bir tələbə tanıyıram, bizdə şəriət fakultəsində oxuyurdu. Bidət əhli ilə münasibətdə çox şiddətli idi. Hətta öz müəllimlərindən “İxvanul-Muslimin”dən olanlara salam belə vermirdi. Bu bir neçə il qabaq idi. Sonra isə, subhanall...

DUANIN ŞƏRTLƏRİ

5⃣ DUANIN QƏBUL OLUNMASINA GÖRƏ TƏLƏSMƏMƏK  Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: “Sizlərdən kim tələsməsə, duası qəbul olunar”. (Tələsməyi belədir ki): “Dua etdim, duam qəbul olmadı” deyər (Müslim 7110, 7111, 2735) Digər rəvayətdə demişdir: “Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olmaqda davam edər”. Deyildi: “Ey Allahın Rəsulu, tələsmək nədir?” Peyğəmbər: “Deyər: Çoxlu dua etdim lakin qəbulunu görmədim. O zaman bezər və duanı tərk edər” (Müslim 2735, 7112) Səhih dua və Zikrlər kitabı: Toplayan və Tərcümə Edən: Kamal Hüseyn

DUANIN ƏDƏBLƏRİ

…. 1⃣5⃣ DUA EDƏNİN ƏN BİRİNCİ ÖZÜNDƏN BAŞLAMASI Ubeyy İbn Kəb (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dua etdiyi zaman ilk öncə özündən başlayardı. (Bir gün) buyurdu: “Allahın rəhməti bizim və (qardaşım) Musanın (əleyhissalam) üzərinə olsun. Əgər (o) yoldaşından gördüyü şeylərə səbr etsəydi (Xızırdan bu gördükləri haqqında sual verməsəydi daha çox hadisələrin şahidi olardıq). Lakin o, (gördüklərinə səbr etməyərək) buyurdu: "Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın" Əbu Davud 3984, 3986, əl-Albani “Sahihul Cəmi” 4723. Uca Allah buyurur: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!". (“əl-Həşr” surəsi, 10). “Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin...

VALİDEYNLƏR ÖLDÜKDƏN SONRA ONLARIN QAYĞISINA QALMAQ

“Muhəmməd ibn Sirin rəvayət edir ki, bir gecə biz Əbu Hureyranın (Allah ondan razı olsun) yanında idik. O dedi: “Allahım! Əbu Hureyranı, onun anasını və onlar üçün bağışlanma diləyən kimsələri bağışla!” Biz onlar üçün bağışlanma dilədik ki, Əbu Hureyranın duası bizə də yetişsin.” Muhəmməd ibn İsmail əl-Buxari/Peyğəmbərin əxlaqı kitabi, İsnadı səhihdir, (37), 19-cu fəsil.

ЦЕННОСТЬ КОРАНА

Ибн Салях аш-Шафи'и (умер в 643-ем г. по х.), да помилует его Аллах , сказал: "Чтение Кур’ана - достоинство, которым Аллах почтил людей. Передается, что ангелы лишены такого почёта, но они стремятся к нему, слушая чтение Курана людьми. "аль-Иткан фи 'улюм аль- Кур’ан", (1/358).

"QİYAMƏT GÜNÜ ALLAH ONLARI DANIŞDIRMAZ VƏ ONLARI TƏMİZƏ ÇIXARMAZ"

“O kəslər ki, dünyanı axirətdən üstün tutur, insanları Allah yolundan sapdırır və onu əyri göstərməyə çalışırlar. Onlar dərin bir azğınlıq içindədirlər. (“İbrahim” surəsi, 3) «Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım camaatı doğru yola yönəltməz». (“əl-Ənam” surəsi, 144) “Allaha qarşı yalan uyduranların Qiyamət günü barədə fikirləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükür etmir”. (“Yunis” surəsi, 60) “Şübhəsiz ki, Allahın nazil etdiyi kitabda olanları gizli saxlayanlar və bununla cüzi miqdarda pul əldə edənlər öz qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah onları danışdırmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır”. (“Bəqərə” surəsi, 174) “Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və nadanlıqları üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları yük necə də pisdir!”...

"MÖMİNLƏR ÜÇÜN İYRƏNC ŞAYİƏLƏRİN YAYILMASINI İSTƏYƏNLƏR ÜÇÜN..."

“Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz. Nur surəsi , 19

SÜNNƏ ƏHLİNİN QƏRİBLİYİ

Sufyan Səuri (rahiməhullah) demişdir : "Əgər eşitsən ki, məşriqdə sünnə üzərində olan bir kişi var və səndə məğribdəsən, ona salam yolla. Çünki, sünnə əhli azdır". Şərh usulul itiqad əhli hədis

"İNSAN QURANI ÖZ HAVA (İSTƏK) VƏ RƏYİ İLƏ TƏFSİR EDƏRSƏ…"

Alləmə ibn Üseymin (rahiməhullah) demişdir: “İnsan Quranı öz hava (istək) və rəyi ilə təfsir edərsə, qoy cəhənnəmdəki yerini hazır bilsin.” Şərh Riyadus Salihin 2/456 Peyğəmbərin (sallallahu aleyhi və səlləm) adından yalan danışmaq ən böyük günah hesab edilir. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvəyət edir ki, mən Peyğəmbərin belə dediyini eşitdim: “Mənim adım­dan yalan danışmayın. Kim mənim adımdan yalan danışarsa, qoy Cəhənnəmdəki yerini tutsun.” (əl-Buxari, 106).

"ALLAH SƏNƏ YAXŞILIQ ETDİYİ KİMİ, SƏN DƏ BAŞQALARINA YAXŞILIQ ET"

Uca Allah buyurur: “Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir”. (“əl-Qasas” surəsi, 77) "Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun! Sizə salam verən bir şəxsə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: "Sən mömin deyilsən!" - deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!" (Nisa surəsi, 94)

"HAMI ŞAHİD OLSUN Kİ, ONU ANAMIN ADINDAN BAĞIŞLAYIRAM"

İbn Abbasın nəql elədiyi başqa bir hədis isə belədir: “Bir nəfər Rəsulullahın (sallallahu aleyhi və səlləm) yanına gələrək, “Ey Allahın Rəsulu! Anam vəfat elədi. Onun üçün sədəqə versəm ona faydası toxunar?” deyə soruşdu. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), “Bəli”, dedikdə həmin şəxs, “Bir meyvə bağm var. Hamı şahid olsun ki, onu anamın adından bağışlayıram” dedi”. Buxari, Vəsaya, 15, 20.

"ONLAR ÜÇÜN DUA ELƏ VƏ ALLAHDAN BAĞIŞLANMA DİLƏ"

“Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla…” (“Həşr” surəsi, 59/10) ayəsi və “Ey Allahın Rəsulu! Vəfat edən valideynlərim üçün yaxşılıq edə bilərəm? – deyə soruşan səhabəyə, “Bəli, bunun onlara faydası var. Onlar üçün dua elə və Allahdan bağışlanma dilə. Vəsiyyətləri varsa onu yerin yetir. Qohum-əqrəbaları ilə əlaqəni kəsmə, Onların dostları ilə münasibəti davam etdir.” –buyurmmuşdur.  Əbu Davud, Sünən, Ədəb, 12; İbn Macə, Sünən, Ədəb, 2 Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir: “Allah əməlisaleh bəndəsinin Cənnətdəki dərəcəsini yüksəldər. Həmin bəndə, “Ey Rəbbim! Hansı səbəblə dərəcəm yüksəldi?” – deyə soruşduqda, Uca Allah, “Oğlunun sənin üçün dilədiyi bağışlanma sayəsində” buyurar. İbn Macə, Ədəb, 1.

VƏFAT EDƏNİN BORCUNUN ÖDƏNİLMƏSİ

Bir insan vəfat edərkən yaxınların ilk işi onun borclarını qaytarıb onu qul haqqından azad etmək olmalıdır. “Möminin ruhu borcuna ilişib qalır, ta ki borc qaytarılana qədər” Buxari, Cənaiz, 76; İbn Macə, Sədəqat , 12. Buna görə də ölənin borcu varsa, qoyduğu mirasdan qaytarılır. Ödəyənin kimliyindən asılı olmayaraq, ölü borcdan qurtulmuş olur. Buxari, Havalat, 3.

"ƏGƏR DANIŞSAYDI, SƏDƏQƏ VERMƏYİMİ İSTƏYƏRDİ"

“Bir nəfər Rəsulullahın (sallallahu aleyhi və səlləm) yanına gələrək, “Ey Allahın Rəsulu! Anam qəflətən dünyasını dəyişdi, heç nə deyə bilmədi. Əgər danışsaydı, öz sədəqə verməyimi istəyərdi. Mən onun adından sədəqə verə bilərəm?”, – deyə soruşdu. Rəsulullah (sallallahu aleyhi və səlləm) “Bəli”, – dedi” Əhməd ibn Hənbəl, Müsnəd, II, 372.

"ONLARA DUA ELƏMƏK ƏMR EDİLDİ"

Əhməd ibn Hənbəlin Müsnədində nəql olunan bir hədisdə Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Baqi qəbirstanlığına gedərək oradakı ölülərə dua elədiyinin səbəbini soruşduqda isə, “Onlara dua eləmək əmr edildi” – buyurduğunu bildirir. Əhməd ibn Hənbəl, Müsnəd, IV, 252. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də “Cənazə namazı qılarkən ona ürəkdən dua edin“, – buyurmuş və özü də qıldığı cənazə namazlarında mərhuma dua etmişdir. Əbu Davud, Cənaiz, 59. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir nəfərin cənazə namazını qıldırarkən: “Allahım, onu qəbir fitnəsindən və cəhənnəm əzabından qoru, onu bağışla, ona mərhəmət et!“ – deyə dua etmişdir. Əbu Davud, Cənaiz, 56

"HƏR KƏS ÖLÜMÜ DADACAQDIR"

Uca Allah buyurur: “Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır”. "əl-Mulk" surəsi, 2 “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” "əl-Ənbiya" surəsi, 35

"ТОТ (ЧЕЛОВЕК), В КОТОРОМ НЕТ НИЧЕГО ИЗ КОРАНА..."

Передают со слов Ибн Аббаса, да будет доволен Аллах ими обоими, что посланник Аллаха, да благословит его Аллах и да приветствует, сказал: «Тот (человек), в котором нет ничего из Корана, подобен разрушенному дому». Свод хадисов ат-Тирмизи.

BAĞIŞLANMA DİLƏMƏK VƏ TÖVBƏ ETMƏK ÜÇÜN BƏZİ DUALAR

“Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz şübhəsiz ki ziyana düşənlərdən olarıq” ("əl-Əraf" surəsi, 23)  “Ey Rəbbim! Mən özüm-özümə zülm etdim, məni bağışla!” (“əl-Qasəs” surəsi, 16).  “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram” (“Hud” surəsi, 47)  “Səndən başqa heç bir (ibadətə layiq olan) ilahi yoxdur. Mən isə həqiqətən zalimlərdən olmuşam” (“əl-Ənbiya” surəsi, 87) “Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əvf edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar Sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (“əl-Bəqərə” surəsi, 286) “Ey Rəbbim! Bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan” (“əl-Muminun” surəsi, 118) “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-ka...

PEYĞƏMBƏRİN (SALLALLAHU ALEYHİ VƏ SƏLLƏM) ƏN ÇOX ETDİYİ DUA

Şəhr İbn Həuşəb deyir ki: «Ummu Sələmədən (Allah ondan razı olsun) soruşdum: «Ey möminlərin anası! Allah Elçisi (sallallahu aleyhi və səlləm) sənin yanında olduqda ən çox hansı duanı edərdi?». O dedi: «Onun ən çox etdiyi dua: «Yə Muqallibəl Qulub, Səbbit Qalbi Alə Diynik - Ey qəlbləri çevirən! Qəlbimi dinin üzərində sabit et! - Mən ondan: «Ey Allahın Elçisi! Nəyə görə ən çox bu duanı edirsən?» - deyə soruşdum. O buyurdu: «Ey Ummu Sələmə! Elə bir Adəm oğlu yoxdur ki, onun qəlbi Allahın barmaqlarından iki barmağı arasında olmasın. O, istədiyini düz saxlayır, istədiyini də döndərir». Sonra o, bu ayəni oxudu: «Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma!» (“Ali-İmran” surəsi, 8) Tirmizi 2140, 3522, 3864, 3587, əl-Albani “Səhih

"ALLAHDAN ƏFF VƏ AFİYƏT DİLƏYİN. ÇÜNKİ..."

Muaz İbn Rifəi atasından rəvayət edir ki, Əbu Bəkr əs-Sıddıq (Allah ondan razı olsun) minbər üzərində ayağa qalxaraq ağladı və: “Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir il bundan öncə bu minbər üzərində ayağa qalxaraq ağlamış və buyurmuşdu: “Allahdan əff və afiyət diləyin. Çünki heç kimsəyə (imanda) yəqinlikdən sonra afiyətdən (salamatlıq) daha xeyirli bir şey verilməmişdir” Tirmizi 3558, əl-Albani “Həsən Səhih”.

BƏZİ SƏLƏFLƏR (ALLAH ONLARA RƏHM ETSİN) BELƏ DEYƏRDİLƏR:

"Adəm bir günaha görə cənnətdən çıxarıldı. Siz isə günahlar edir və onları çoxaldırsınız və istəyirsiniz ki, o günahlarla cənnətə girəsiniz!" Əl-Lətaif 100. Uca Allah buyurur: “Qoy onlar etdikləri günahların cəzası olaraq az gülüb çox ağlasınlar”. (“Tövbə” surəsi, 82) “…gülürsünüz, heç ağlamırsınız”, (“Nəcm” surəsi, 60 )

DUANIN ƏDƏBLƏRİ

DUAYA BAŞLAMAZDAN ƏVVƏL ALLAHA HƏMD-SƏNA, TƏRİFLƏR ETMƏK VƏ PEYĞƏMBƏRƏ SALAVAT GƏTİRMƏK ….. Fədalə İbn Ubeyd (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir nəfərin namazda (Təşəhhüddə) dua etdiyini eşidir. Lakin Peyğəmbər (sallallahu aleyhi və səlləm) salavat gətirmir. Peyğəmbər: “Bu adam tələsdi” deyə buyurdu. Sonra onu yanına çağıraraq buyurdu: “Sizdən biriniz namaz qıldıqda Allaha həmd və səna ilə başlayıb, Peyğəmbərinə salavat gətridikdən sonra dilədiyi şəkildə duasını etsin”. Ondan sonra başqa bir kişi namaz qılır, Allaha həmd edərək, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat gətirir və (Başqa heç bir şey etmədi). Peyğəmbər: “Ey namaz qılan, dua et, duan qəbul olar”. Tirmizi 3476/3477, əl-Albani “Səhih”. Əli (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Hər bir dua bağlıdır, hətta Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat gətirilənə qədər“ əl-Albani “Səhih” 2035, “Səhih Cəmi” 45...

"YUXUDA BİR SƏS EŞİTDİM, O SƏS MƏNƏ BELƏ DEYİRDİ"

KİM ALLAHIN ADIN UCALDARSA, ALLAH DA ONU UCALDAR Bir dəfə, Fudeyl İbn İyad (rahiməhullah) dərsdən sonra, öz tələbələrin yanında oturmuşkən, onlardan biri ustadına sual verdi: "Ey müəllimimiz, tövbə edib, iman etməmişdən öncə, hər hansısa bir yaxşılıq etmişdiniz?" Fudeyl dedi: "Allaha and olsun ki, biri istisna olmaqla, başqalarını xatırlamıram. Bir dəfə, çox ac və susluqdan əziyyət çəkdiyim vaxtı, zibbillik olan yerdən keçirdim. Orada bir vərəq gördüm, onun üzərində Allahın adı yazılmışdı. Əhəmiyyət verməyib, yanından keçib getməkdən qorxdum və onu yerdən götürdüm. Həmin vaxtı mənim pulum yox idi, cəmi bir dinarım var idi ki, ona da yeyəcək, içəcək almaq istəyirdim. Lakin mən fikrimi dəyişib, yaxınlıqdakı bazara gedib, orada ətir satan bir taciri tapıb, ona həmin dinarı verib, ondan müşk aldım. Sonra tapdığım kağız parçasını müşkin içinə saldım və vərəqin tam islanmasını gözlədim. Sonra bu vərəqi hündür bir yerdən asdım. Aclıq və susuzluqdan təqatdən düşərək, elə ...

O KƏSLƏR KİMİ OLMAYAQ Kİ...

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Sıxıntılı və kədərli anlarda duasının qəbul olması kimi sevindirirsə, rahatlıq olan zamanda duasını çoxaltsın” Tirmizi 3382, 3710, əl-Albani “Sahihul Cəmi” 6290. O kəslər kimi olmayaq ki, yalnız başına iş gəldiyi çətin vaxtlarında Allahı xatırlayır.

"İNSANA NEMƏT VERDİYİMİZ ZAMAN ÜZ ÇEVİRİB HAQDAN UZAQ DURAR. ONA BİR PİSLİK TOXUNDUQDA İSƏ..."

“Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar”. (“Əraf” surəsi, 180) “İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi keçib gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi”. (“Yunis” surəsi, 12) “İnsana bir zərər toxunduğu zaman Bizə yalvarır. Sonra Biz ona Özümüzdən bir nemət verdikdə deyir: “Bu mənə yalnız özümdə olan biliyə görə verilmişdir!” Xeyr, bu, bir imtahandır, lakin onların çoxu bunu bilmir”. (“Zumər” surəsi, 49) “İnsana nemət verdiyimiz zaman üz çevirib haqdan uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı yalvarıb-yaxarar”. (“Fussilət” surəsi 51)

"ALLAHIN QULU QALXIB DUA ETDİKDƏ..."

“Allahın qulu qalxıb Allaha dua etdikdə cinlər az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar”. “Cin” surəsi, 19

QƏBUL OLUNAN DUALARA AİD BƏZİ MİSALLAR

Uca allah buyurur: "Nuh Bizə yalvarıb yaxardı. Biz (çağırışa) necə də gözəl cavab verənik! Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq. Təkcə onun nəslini qoruyub saxladıq". (“əs-Saffat” surəsi, 75-77). "O zaman Musa öz xalqı üçün su istədikdə, Biz: “Əsanla daşa vur!”– dedik. (Daşdan) on iki çeşmə qaynayıb çıxdı. Hər qəbiləyə su içəcəyi yer müəyyənləşdirildi. (Onlara dedik): “Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!" (“əl-Bəqərə” surəsi, 60). "Məryəm oğlu İsa dedi: “Ey Allahım! Ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!” Allah dedi: “Mən onu sizə endirəcəyəm. Amma (bundan) sonra aranızdan kafir olanlara aləmlərdən heç kəsə vermədiyim bir əzabı verəcəyəm". (“əl-Maidə” surəsi, 114-115). "Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Öz ...

DUANIN FƏZİLƏTİ

Duanın fəzilətinə aid aşağıdakıları ayə və hədislərdən bəziləri: Uca Allah buyurur: "Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər". (“Ğafir” surəsi, 60) Həmçinin buyurmuşdur: "De: "Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha – dini məhz Ona məxsus (səmimi, ixlasla) edərək dua edin. Sizi ilk dəfə yaratdığı kimi diriləcəksiniz". (“əl-Əraf” surəsi, 29) Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur: "Dua ibadətdir". (Tirmizi, 2969, Sahihu-l-Cəmi, 3407). "Allah üçün duadan hörmətli şey yoxdur". (Əhməd, 2/362). "Allahın (dua edərək ) fəzilətindən istəyin, həqiqətən də, Allah Ondan istənilməsini sevər". (Tirmizi, 3571). "Allah ondan istəməyənə qəzəblənər". (Əhməd, 2/442). Alimlər deyir ki, bu hədis bəndənin Rəbbinə dua etməsinin ən vacib əməllərdən olmasına dəlalət edir, çün...

"ƏGƏR DUANIZ OLMASA..."

Uca Allah buyurur: De: «Əgər duanız olmasa, Rəbbim sizə nə dəyər versin?” (“Furqan” surəsi, 77) Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur: "Allah ondan istəməyənə qəzəblənər". Əhməd, 2/442; Sahihu-l-Ədəbi-l-Mufrad, 512

"KİM SİMİCLİK ETSƏ..."

Uca Allah buyurur: “Həqiqətən, dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Əgər iman gətirib Allahdan qorxsanız, O sizə mükafatlarınızı verər və sizdən mal-dövlətinizi istəməz”. “Əgər Allah sizdən bunu istəsə və sizdən təkidlə tələb etdiyi halda, siz xəsislik göstərərsəniz, O, kin-küdurətinizi üzə çıxardar”. “Budur, siz Allah yolunda malınızdan xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız”. “Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər”. “Muhəmməd” surəsi, 36-38

ŞEYX FOVZAN: ONLARA FİKİR VERMƏYİN! DAVAM EDİN VƏ SƏBİRLİ OLUN!

Aşağıdakı linkdə izləyə bilərsiniz: www.youtube.com/watch?v=YJDYjsMY4L0&feature=youtu.be

"SİZƏ AÇIQ-AYDIN DƏLİLLƏR GƏLDİKDƏN SONRA HAQQ YOLDAN ÇIXSANIZ..."

Uca Allah buyurur: “Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir”. (“Ali İmran” surəsi, 105) “Sizə açıq-aydın dəlillər gəldikdən sonra haqq yoldan çıxsanız, bilin ki, Allah Qüdrətlidir, Müdrikdir”. (“Bəqərə” surəsi 209) “Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən”. (“Ali Imran” surəsi 8)

EDİLMƏSİ ASAN, SAVABI ÇOX OLAN ZİKRLƏR

Abdullah ibn Amr (radiyallahu anhu) rəvayət edir ki, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) dedi: “İki xislət vardır ki, onlara daim əməl edən müsəlman kimsə mütləq Cənnətə girər. Bu iki şey çox asan şeylərdir, lakin on­lara əməl edən çox azdır”. Soruşdular: “Bu iki şey nədir, ya Rəsulallah?” O de­di: “Qoy sizlərdən hər biriniz hər namazın sonunda on dəfə Allahu Ək­bər, on dəfə Əlhəmdulilləh və on dəfə Subhanəllah desin. Bu de­yi­­lənlər dildə yüz əllidir, tərəzidə isə min beş yüzdür”. – Mən Pey­ğəm­bərin (sallallahu aleyhi və səlləm) bunları barmaqları ilə saydığını gördüm. “(İkinci xis­lət: Qoy sizlərdən hər biriniz) yatağına girdiyi zaman (otuz üç dəfə) Sub­hanəllah, (otuz üç dəfə) Əlhəmdulilləh və (otuz dörd dəfə) Allahu Əkbər desin. Bu deyi­lənlər dildə yüzdür, tərəzidə isə min­dir. Elə isə sizlərdən hansı biriniz gecə-gündüz iki min beş yüz gü­nah iş görür?” (Səhabələrdən biri) dedi: “Ey Allahın elçisi! Necə ola bilər ki, adam bunlara daim əməl etməsin?” O dedi: “Sizdən biriniz...

"KİM OTURDUĞU HƏR HANSI YERDƏ ALLAHI YAD ETMƏSƏ..."

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu a eyhi və səlləm) buyurdu:  «Kim oturduğu (hər hansı) bir yerdə Allahı yad etməsə, (Axirətdə) Allah onu peşmançılığa məruz qoyar. Kim uzandığı (hər hansı) bir yataqda Allahı yad etməsə, (Axirətdə) Allah onu peşmançılığa məruz qoyar» Əbu Davud 4848, 4856, 5061, 5059, əl-Albani “Səhihul Cami” 5/342.

"SÖZSÜZ Kİ, ONLAR FƏSAD TÖRƏDƏNLƏRDİR, AMMA BUNU BAŞA DÜŞMÜRLƏR"

“Əgər haqdan üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz.” (“Muhəmməd” surəsi 22) “Onlara: “Yer üzündə fəsad törətməyin!” – deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!” – deyirlər. “Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər”. (“Bəqərə” surəsi 11-12) “O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır!” (“Bəqərə” surəsi 27)

RƏHBƏRƏ MÜXALİF OLMAQ ÜÇÜN PARTİYA QURMAQ (HİZBİLİK)

Şeyx Saleh bin Fovzan əl-Fovzan: Allah sizi xeyirlə mükafatlandırsın, sualda deyilir ki, rəhbərə müxalif olmaq üçün partiya qurmaq olarmı? Bu üsyan sayılırmı və bu xəvariclərin yoludurmu? Cavab:  Bəli, xəvaricləlrin mənhəci elə budur. Onların işi rəhbərə müxalif olmaq, ona qarşı çıxacaq partiya qurmaqdır. Bunun rəhbərə qarşı üsyan, yaxud üsyanın bir növü olmasında heç bir şübhə yoxdur. Əslində vacib olan müsəlmanların rəhbərlərini eşidib, onlara itaət etməkdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin!” (ən-Nisa: 59). selefxeber.az/islamin-sesi/rehbere-muxalif-olmaq-ucun-partiya-qurmaq-seyx-fovzan

ŞEYX ABDULLAH BUXARİNİN (HAFİZAHULLAH) ADİL RƏCƏBOVU İFŞA ETMƏSİ (ƏLAVƏLƏRLƏ)

Aşağıdakı linkdə izləyə bilərsiniz: https://youtu.be/BcGefmcKKMg

XƏSTƏLİKLƏRİN ÇOXALMA VƏ TƏNBƏLLİYİN ARTMA SƏBƏBİ

Şeyx Muhəmməd bin Saleh əl-Useymin (Allah rəhmət etsin) Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) az yeyib-içməyə təşviq edərək demişdir: “İnsanı ayaqda saxlayacaq bir-iki tikə yemək ona kifayətdir. Əgər daha çox yemək məcburiyyətində qalsa, o zaman mədəsinin üçdən birini yeməyə, üçdən birini içməyə, üçdən birini isə nəfəs almağa saxlasın.” Allah buna uyğun əməl etməkdə bizə yardım etsin. Bu gün bir çox insanlar yemək süfrəsində oturanda o qədər çox yeyirlər ki, az qala yeməkdən sonra onu ayağa qaldıracaq adam lazım olsun. Yalnız Allahın rəhm etdiklərindən başqa. Ona görə də bu gün təzyiq, şəkər və bu kimi xəstəliklər çoxalmışdır. Bütün bunların səbəbi köklükdür. O cümlədən tənbəllik də çoxalmışdır. Əgər biz hədisə uyğun olaraq mədəmizin üçdən birini yeməyə, üçdən birini içməyə, üçdən birini isə nəfəs almağa saxlasaq, sağlam qalarıq. Təəccüblü olan budur ki, qeyri müsəlmanlar bunu tətbiq edirlər. Mənə çox adam danışır və deyir ki, qərblilər adətən doyana qədər yemirlər. ...

NAZİL OLAN SONUNCU QURAN AYƏSİ

Şeyx Zeyd bin Muhəmməd bin Hədi əl-Mədxəli: Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) nazil olan sonuncu ayə, Uca Allahın bu kəlamıdır: “Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır!” (“əl-Bəqərə” surəsi: 281). Bu ayədən sonra heç bir ayə nazil olmadı. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu ayəni səhabələrə oxuduqdan sonra dedi: “Bu ayəni, (Bəqərə surəsindəki) sələm haqqında olan ayə ilə, borc haqqında olan ayənin arasında yerləşdirin.” selefxeber.az/islamin-sesi/nazil-olan-sonuncu-quran-ayesi-seyx-zeyd-el-medxeli

DƏYİŞKƏN ADAMLA DOSTLUĞUN XEYRİ YOXDUR

Şeyx Süleyman ər-Ruheyli: İmam Şafiinin (Allah rəhmət etsin) belə bir gözəl sözü vardır: Dəyişkən adamla dostluğun xeyri yoxdur Külək hansı tərəfə əsərsə, o da ora əyilər Dəyişkən adamla dostluğun xeyri yoxdur – Allaha and olsun, doğru sözdür. Dəyişkən adamla dostluqda xeyir yoxdur. Dəyişkən adamlardan nə vətənə, nə də ümmətə xeyir gəlməz. Külək əsən tərəfə əyilənlərdə xeyir yoxdur. Bir zamanlar dövlətə, rəhbərə qarşı olan, camaatı üsyana səsləyən, rəhbərləri qeyri-şərii (qanunsuz) sayanlar, onlar belədir, filandır, peşmandır deyənlər, gənc müsəlmanları həqiqi cihad olmayan döyüşlərə cihad adı ilə çağırıb aldadanlar, külək əsən kimi etiqadlarını dəyişmədən və korladıqlarını düzəltmədən dona girib DƏYİŞKƏN görsənirlər. Onlar sadəcə dona girirlər. Belə insanlarda ümmət üçün heç bir xeyir yoxdur. Belələrindən özünü qorumaq vacibdir. Dostluqda dəyişkən olanın sənin üçün heç bir xeyri yoxdur. Külək əsən tərəfə əyilən adamla dostluqda əsla xeyir yoxdur. selefxeber.az/islamin-sesi/deyisk...

"BƏLAĞƏTLİ DANIŞIĞA ALDANMAYIN!"

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Həqiqətən bəlağətin (gözəl, inandırıcı) bir qismi sehrdir.» Onun mənası budur: «Həqiqət adamın əleyhinə olar. O, dəlilləri dilə gətirməkdə haqq sahibindən daha güclü ola bilər. (Bu adam) danışığı ilə adamları sehirləyər və haqqı özü ilə aparar. Əbu Davud “Səhih Sünən”

SƏLƏFİLİK CİLDİNƏ GİRMİŞ İXVALAR

Azərbaycanda da Adil Rəcəbov, Veysəl Orucov, Abu Zeyd və digər alimlər və sələfi elm əhli tərəfindən cərh edilmiş insanlar da onlarla eyni təhlükəli mənhəc üzərindədirlər. İxvanların tarixi, onların üslubları və hiylələrini öyrənib onları tanımaq üçün vaxt edib bu məqaləni mütləq oxuyun. Sələfilik cildinə girmiş ixvanlar 👇 selefxeber.az/analitika-ve-islam/sururiler-ve-qutbcular-yaxud-selefilik-cildine-girmis-ixvanlar

"ALLAH İNSANLARIN ARASINDAN ELMİ BİRDƏFƏLİK GÖTÜRMƏZ. LAKİN..."

Allah Elçisi (sallallahu aleyhi və səlləm) buyurmuşdur: «Allah insanların arasından elmi birdəfəlik götürməz. Lakin O, elmi alimlərin getməsiylə aradan qaldırar. Hətta ki, alim qalmaz. Beləcə, insanlar özlərinə cahil başçılar seçərlər və onlardan soruşarlar. Onlar da elmsizcəsinə fətva verər, həm özlərini, həm də başqalarını azdırarlar.» Hədisi Buxari və Muslim rəvayət edib