“ALLAHIN HÜDUDLARINA RİAYƏT EDƏNLƏ, SƏHLƏNKARLIQ EDƏN KİMSƏNİN HALI”





Rəsulullah (sallallahu aleyhi və səlləm) demişdir:

“Allahın hüdudlarına riayət edənlə, səhlənkarlıq edən kimsənin halı, mindikləri gəminin göyərtəsini bölüşmək üçün püşk atan bir qrup insanın halına bənzəyir. Püşk nəticəsində bir qrup aşağıya, bir qrup da yuxarıya yerləşir. Aşağıdakılar su ehtiyaclarını qarşılamaq üçün göyərtəyə çıxarlar və su götürdükləri vaxt oradakıları narahat edərlər. Bundan xilas olmaq üçün aşağıda olanlardan biri balta ilə gəmini dəlməyə başlayar. Göyərtədəkilər ondan soruşarlar: Nə üçün belə edirsən? O isə belə cavab verir: “Su götürərkən sizə əziyyət veririk, lakin suya da ehtiyacımız var”. Əgər onlar buna mane olsalar, həm özlərini, həm də onları xilas edərlər. Əgər mane olmasalar, həm özləri, həm də onların hamısı suda boğularlar”.

Buxari, Şəhadət, 30; Tirmizi, Fitən, 12.

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?