DUANIN FƏZİLƏTİ
Duanın fəzilətinə aid aşağıdakıları ayə və hədislərdən bəziləri:
Uca Allah buyurur:
"Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər". (“Ğafir” surəsi, 60)
Həmçinin buyurmuşdur:
"De: "Rəbbim ədalətli olmağı əmr etdi. Hər səcdə etdiyiniz yerdə üzünüzü Ona tutun və Allaha – dini məhz Ona məxsus (səmimi, ixlasla) edərək dua edin. Sizi ilk dəfə yaratdığı kimi diriləcəksiniz". (“əl-Əraf” surəsi, 29)
Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
"Dua ibadətdir". (Tirmizi, 2969, Sahihu-l-Cəmi, 3407).
"Allah üçün duadan hörmətli şey yoxdur". (Əhməd, 2/362).
"Allahın (dua edərək ) fəzilətindən istəyin, həqiqətən də, Allah Ondan istənilməsini sevər". (Tirmizi, 3571).
"Allah ondan istəməyənə qəzəblənər". (Əhməd, 2/442).
Alimlər deyir ki, bu hədis bəndənin Rəbbinə dua etməsinin ən vacib əməllərdən olmasına dəlalət edir, çünki Allahın qəzəbləndiyi əməldən uzaq olmaq vacibdir
"İnsanların ən acizi dua etməkdə acizlik edən və ən xəsisi isə salam verməkdə xəsislik edəndir". (İbn Hibban, 1939; Sahihu-l-Cəmi, 1044).
"Hər bir müsəlman günah və qohumluq əlaqələrinin kəsilməsini tələb etmədən dua edərsə, Allah Təala ona bu üç şeydən birini mütləq verər: Ya istədiyini tezliklə verər, ya Qiyamət gününə saxlayar (Qiyamət günü savabı verilər), ya da ki, etdiyi duasına bərabər olan bəlanı ondan uzaqlaşdırar. Səhabə dedi: Onda (duanı) çoxaldaqmı? Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: Allah daha çox əta edən və cavab verəndir". (Əhməd, 3/18; Sahihu-l-Ədəbi-l-Mufrad" 574).

http://zikr.az/node/3744
Comments
Post a Comment