“YENİ İL”İ NƏ ÜÇÜN QEYD ETMƏMƏLİYİK?




Uca Allah Öz mübarək kitabında buyurur:

"Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları (özünə) dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz…" (əl-Məidə 51).

İbn Kəsir və başqa təfsir alimləri (Allah onlara rəhmət etsin) bu ayədə "dost" deyərkən:

"Kafirlərin bütün söz və davranışlarını - adətlərini, bayramlarını və b. kimi əlamətlərini götürüb, qəbul edib, tətbiq etmək - olduğunu demişlər". Bu haqda Qurani Kərimdən əl-Cəsiyə, 18; əl-Bəqərə 145; əl-Furqan 72 ayələri və s. misal gətirmək olar.

Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) buyurur: "And olsun ki, sizdən öncəkilərin yoluna qarış-qarış uyacaqsınız. Hətta onlar hansı deşiyə soxulsalar, siz də, ora soxulacaqsınız. Səhabələr dedilər: Ey Allahın Rəsulu, Yahudi və Xristianları qəsd edirsiniz? Rəsulullah: "Başqa kim olacaqki?!", - deyə cavab verdi". (Buxari və Muslim).

Başqa bir hədisdə Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) belə buyurur: "Kim bir qövmə oxşasa, artıq o da onlardandır". (Əbu Dəvud, 4033).


Rəsulullah (salləllahu aleyhi və səlləm) Mədinəyə gəldiyi zaman, Mədinəlilərin iki (Novruz və Mihrican) günləri vardı. Həmin günlər oynayıb, əylənərlərdi. Bu iki gün nədir? – deyə soruşdu. Biz cahiliyyə dövründə bu günlərdə əylənərdik, – dedilər. Allah Rəsulu (salləlahu aleyhi və səlləm) buyurdu: "Allah bu iki bayramınızı, onlardan daha xeyirli digər iki günlə dəyişdirdi: Qurban və Fitr (Ramazan) bayramı". (Əbu Davud, 1134).

zikr.az/node/337

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?