BAĞIŞLANMA DİLƏMƏK VƏ TÖVBƏ ETMƏK ÜÇÜN BƏZİ DUALAR




“Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz şübhəsiz ki ziyana düşənlərdən olarıq” ("əl-Əraf" surəsi, 23) 

“Ey Rəbbim! Mən özüm-özümə zülm etdim, məni bağışla!” (“əl-Qasəs” surəsi, 16). 

“Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram” (“Hud” surəsi, 47) 

“Səndən başqa heç bir (ibadətə layiq olan) ilahi yoxdur. Mən isə həqiqətən zalimlərdən olmuşam” (“əl-Ənbiya” surəsi, 87)

“Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əvf edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar Sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (“əl-Bəqərə” surəsi, 286)

“Ey Rəbbim! Bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan” (“əl-Muminun” surəsi, 118)

“Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə Qadirsən” (“ət-Təhrim” surəsi, 8) 

“Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kimi daxil olan kimsəni və (Qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla. Zalimlərin isə ancaq həlakını artır” (“Nuh” surəsi, 28)

 “Ey Rəbbimiz! Haqq-hesab çəkilən gün məni, ata-anamı və möminləri bağışla” (“İbrahim” surəsi, 41)

“Tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul Edən və Mərhəmətlisən” (“əl-Bəqərə” surəsi, 128)

“Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır” (“əl-Mumtəhinə” surəsi, 4)

Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:


“Ya Rəbbim! Günahımı, cahilliyimi, etdiyim israfı və bilməyib etdiklərimi - yalnız Sən hər şeyi bilənsən - bağışla. Allahım, zarafatla, ciddi, bilməyərək və bilərəkdən etdiyim səhvlərə görə məni bağışla! Bunların hamısının məndə olması mümkündür!” (əl-Buxari, 6399).

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?