8 MART
İslamda cəmi iki bayram var - Qurban və Ramazan bayramları. 8 Mart bayramının isə dinimizlə və adət-ənənəmizlə heç bir əlaqəsi yoxdur.
Əslində dinimiz bizə qadınlara hörmət etməyi və sevməyi tək 8 martda yox, hər gün üçün əmr etmişdir. Kafirlərdə isə cəmiyyətin müəyyən təbəqələrinə hörmət olunmayaraq unudulduğu üçün onları xatırlatmaq məqsədilə xüsusi günlər təyin edilmişdir - qadınlar günü, atalar günü və s. Bu günlərdən biri də 8 Mart günüdür. Uca Allah qadınlarla yaxşı davranmağı əmr etdiyi üçün onlarla hər gün xoş davranmaq və tez-tez hədiyyə almaq kişilərə vacibdir. Ona görə də, ildə bir dəfə bu cür bayram keçirmək dinimizə ziddir. Uca Allah buyurur:
“Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun.” (ən-Nisa, 19)
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir:
"Hədiyyə verin ki, bir-birinizi sevəsiniz" (Beyhəqi)
Comments
Post a Comment