ŞEYX TALAT ZAHRAN QAMƏT SÜLEYMANOV HAQQINDA



“ŞEYX İBN BAZZ ONU SEVİRDİ , ONU TÖVSİYƏ EDİRDİ VƏ ONU TƏRİFLƏMİŞDİ VƏ ONDAN TƏLƏB ETMİŞDİR Kİ…”

Mənsur Cəlilovun Şeyx Talat Zəhran (hafizəhullaha) Şeyx Qamət haqda sualı:

Sual: Qamət qardaşımız haqqında nə deyə bilərsiniz? Bəziləri deyirlər ki, “o, elm-tələbəsi deyil və buna bənzər şeylər söyləyirlər. 

Şeyx Talat Zəhran (hafizəhullah):

Belə demək, Qamət qardaşıma qarşı zülmdür. Qamət qardaş haqqında artıq məşhurdur ki,  Şeyx ibn Bəzz rahiməhullah onu sevirdi və onu tərifləyirdi, vəsiyyət edirdi  və həmçinin, ondan tələb etmişdir ki, Azərbaycanda Tovhid dərsləri keçsin. Buna görə də, o, Azərbaycan elm əhlinin köküdür. Biz Azərbaycanda Qamət qardaşdan başqa seçilən tələbə tanımırıq. Bütün elm əhli - elm tələbələri də daxil olmaqla - onu tərifləyirlər. Mən onu mənim dərslərimi götürdüyünə görə, mənim şərhlərim haqqında danışdığına görə tərilfləmirəm. Lakin o, seçilən elm tələbəsidir. 

Şeyx ibn Bəzz  ona təzkiyə verib, Şeyx Rabi ona təzkiyə verir və digər alimlər. 

Əgər onda nəsə xəta tutublarsa, qoy dəlil gətirsinlər. Qamət qardaşım da bundan qayıtmağa və tövbə etməyə hazırdır. Biz də ondan bunu tələb edəcəyik. 


https://youtu.be/XyuZAceyH-E

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?