QƏBUL OLUNAN DUALARA AİD BƏZİ MİSALLAR





Uca allah buyurur:

"Nuh Bizə yalvarıb yaxardı. Biz (çağırışa) necə də gözəl cavab verənik! Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq. Təkcə onun nəslini qoruyub saxladıq". (“əs-Saffat” surəsi, 75-77).

"O zaman Musa öz xalqı üçün su istədikdə, Biz: “Əsanla daşa vur!”– dedik. (Daşdan) on iki çeşmə qaynayıb çıxdı. Hər qəbiləyə su içəcəyi yer müəyyənləşdirildi. (Onlara dedik): “Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!" (“əl-Bəqərə” surəsi, 60).

"Məryəm oğlu İsa dedi: “Ey Allahım! Ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!” Allah dedi: “Mən onu sizə endirəcəyəm. Amma (bundan) sonra aranızdan kafir olanlara aləmlərdən heç kəsə vermədiyim bir əzabı verəcəyəm". (“əl-Maidə” surəsi, 114-115).

"Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən". O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: "Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, qövmünün ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir" (“Ali İmran” surəsi, 38-39)

Ənəs bin Malik (radıyallahu anhu) rəvayət etdiydiyi hədisdə buyurulur ki, peyğəmbər cümə günü xütbə verən zaman bir kişi gəlib ona dedi: "Ey Allahın elçisi! Allaha dua et, bizə yağış endirsin!" Peyğəmbər dua etdi və yağış yağdı". (Buxari, 1015).

http://zikr.az/node/3744

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?