DUANIN QƏBUL OLAN VAXTLARI, YERLƏRİ VƏ HALLARI



….

7⃣. Cümə Günü Edilən Dua


Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, (bir dəfə) Peyğəmbər (sallallahu aleyhi və səlləm) cümə gününü yada salıb buyurdu:

“Bu gündə elə bir saat var ki, müsəlman olan hər kim (həmin vaxt) namaz qılıb Uca Allahdan bir şey istəsə, Allah ona istədiyini mütləq verər”. Sonra o, əli ilə işarə edib həmin vaxtın olduqca az olduğunu göstərdi” (Buxari 935, Müslim 852, 1970)

Cümə günündə olan həmin anın hansı vaxtda olması barədə alimlərin müxtəlif rəyləri vardır. Lakin ən güclüsü və dəlilə daha yaxın olanı iki rəydir:

1⃣-cisi: İmamın minbərdə oturduğu vaxtla namazı qılıb bitirdiyi vaxt arasında olan andır

Əbu Burdə İbn Əbi Musa əl-Əşari, İbn Ömərin (Allah ondan razı olsun) ona belə dediyi rəvayət olunur: “Atanın Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) Cümə günündə olan o an barədə bir şey söylədiyini eşitdinmi?”. Dedi: “Bəli, onun belə dediyini eşitdim. Eşitdim ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “O (an) imam minbərdə oturduğu vaxtla namaz bitənə qədər olan vaxt arasındadır” (Buxari 935, Müslim 852, 1970). 

2⃣-cisi: Əsr vaxtından günəş batana qədər olan andır

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: “Günəşin doğduğu günlərin ən xeyirlisi Cümə günüdür. Adəm o, günü yaradılmış, o günü (dünyaya) endirilmiş, ö günü tövbəsi qəbul edilmiş və o gündə ölmüşdür. Qiyamət də o, günü baş verəcəkdir. Cümə günü bütün heyvanlar şəfəqdən gün doğuncaya qədər Qiyamət qopar deyə qorxudan qulaqlarını şəkliyərək dinləyərlər. Yalnız cinlər və insanlar bundan qafildirlər. O, gündə bir an vardır ki, müsəlman namaz qılaraq və Allahdan ehtiyacını diliyərək o ana təsadüf edərsə Allah mütləq ona (dilədiyini) verər”. Əbu Hureyrə: “Kəb (Ahbər) bu (anın) il boyu bir gündə olduğunu söyləyir, lakin mən isə bu anın hər cümə günündə olduğuna inanıram. Kəb Tövratı oxuyub: “Peyğəmbər doğrunu söylədi” dedi. Daha sonra Abdullah İbn Salamla (Allah ondan razı olsun) qarşılaşıb Kəblə oturduğumuzu xəbər verdim. Abdullah İbn Salam: “Mən onun hansı saatda olduğunu bilirəm” dedi. Onu mənə söylə - dedim. Cümə gününün son saatıdır – dedi. Peyğəmbər: “Müsəlman bir kimsə bu saatda namaz qılmaz” dediyi zaman necə cümə gününün son saatı olur, halbuki bu vaxt namaz qılınmaz – dedim. Peyğəmbər: “Bir kimsə bir yerdə namazı gözləyərək oturarsa namazı qılana qədər namazda olduğu kimidir” deyə buyurmadımı? (Başqa rəvayətdə: Doğru söylədin, ya Rəsulullah, əksinə, saatın bir anı. Sonra dedim: “O hansı saatdır?”. Peyğəmbər: “O gündüzün saatlarından olan ən axırıncı saatdır”. Dedim: “O vaxt namaz vaxtı deyildir axı?”. Peyğəmbər: “Bəli, həqiqətən, mömin bir qul namaz qılar və yalnız növbəti namazı gözləmək üçün oturarsa, o, namazın içində olmuş kimi sayılar” ( Əhməd 5/451, əl-Albani “Səhih.)) Mən: “Bəli” buyurdu. Abdullah: “Bu saat o, andadır” dedi ( Əbu Davud 1046, 1048, əl-Albani “Səhih”)


Ənəs İbn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:

“Cümə günü, əsr namazından sonra günəş batdığı zaman ümüd edilən o, saatı axtarın” (Tirmizi 489, əl-Albani “Səhih”)

Şeyx əl-Albani (rahimahullah) deyir ki:

“Ən səhih olan səhabələrin də ittifaq etdiyi Cümə günün son saatıdır. Buna muxalif olmaq isə caiz deyildir”

əl-Albani “Səhih Tərğib” 1/441, “Zəifdə” 13/846.

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?