DUANIN ƏDƏBLƏRİ


….

1⃣5⃣ DUA EDƏNİN ƏN BİRİNCİ ÖZÜNDƏN BAŞLAMASI


Ubeyy İbn Kəb (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dua etdiyi zaman ilk öncə özündən başlayardı. (Bir gün) buyurdu: “Allahın rəhməti bizim və (qardaşım) Musanın (əleyhissalam) üzərinə olsun. Əgər (o) yoldaşından gördüyü şeylərə səbr etsəydi (Xızırdan bu gördükləri haqqında sual verməsəydi daha çox hadisələrin şahidi olardıq). Lakin o, (gördüklərinə səbr etməyərək) buyurdu: "Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın"

Əbu Davud 3984, 3986, əl-Albani “Sahihul Cəmi” 4723.

Uca Allah buyurur:

“Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!". (“əl-Həşr” surəsi, 10).

“Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla!...”. (“Nuh” surəsi, 28).

Əgər başqası üçün dua etmək istəyirsə, özünə dua etmədən ona etdiyi dua ilə kifayətlənə bilər.

Səhih dua və Zikrlər kitabı: Toplayan və Tərcümə Edən: Kamal Hüseyn

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?