"YUXUDA BİR SƏS EŞİTDİM, O SƏS MƏNƏ BELƏ DEYİRDİ"




KİM ALLAHIN ADIN UCALDARSA, ALLAH DA ONU UCALDAR

Bir dəfə, Fudeyl İbn İyad (rahiməhullah) dərsdən sonra, öz tələbələrin yanında oturmuşkən, onlardan biri ustadına sual verdi:

"Ey müəllimimiz, tövbə edib, iman etməmişdən öncə, hər hansısa bir yaxşılıq etmişdiniz?"

Fudeyl dedi:

"Allaha and olsun ki, biri istisna olmaqla, başqalarını xatırlamıram. Bir dəfə, çox ac və susluqdan əziyyət çəkdiyim vaxtı, zibbillik olan yerdən keçirdim. Orada bir vərəq gördüm, onun üzərində Allahın adı yazılmışdı. Əhəmiyyət verməyib, yanından keçib getməkdən qorxdum və onu yerdən götürdüm. Həmin vaxtı mənim pulum yox idi, cəmi bir dinarım var idi ki, ona da yeyəcək, içəcək almaq istəyirdim. Lakin mən fikrimi dəyişib, yaxınlıqdakı bazara gedib, orada ətir satan bir taciri tapıb, ona həmin dinarı verib, ondan müşk aldım. Sonra tapdığım kağız parçasını müşkin içinə saldım və vərəqin tam islanmasını gözlədim. Sonra bu vərəqi hündür bir yerdən asdım. Aclıq və susuzluqdan təqatdən düşərək, elə orada yuxuya getdim.Yuxuda bir səs eşitdim, o səs mənə belə deyirdi: "Şübhəsiz ki, Mən sənin adını ucaldacam, necə ki, sən Mənim adımı ucaltdın".

əz-Zəhəbi, "siyər aləm ən-nubələ" 1993, cild 8, səh. 421-423

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?