"ONLAR ÜÇÜN DUA ELƏ VƏ ALLAHDAN BAĞIŞLANMA DİLƏ"
“Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla…” (“Həşr” surəsi, 59/10) ayəsi və “Ey Allahın Rəsulu! Vəfat edən valideynlərim üçün yaxşılıq edə bilərəm? – deyə soruşan səhabəyə, “Bəli, bunun onlara faydası var. Onlar üçün dua elə və Allahdan bağışlanma dilə. Vəsiyyətləri varsa onu yerin yetir. Qohum-əqrəbaları ilə əlaqəni kəsmə, Onların dostları ilə münasibəti davam etdir.” –buyurmmuşdur.
Əbu Davud, Sünən, Ədəb, 12; İbn Macə, Sünən, Ədəb, 2
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) demişdir:
“Allah əməlisaleh bəndəsinin Cənnətdəki dərəcəsini yüksəldər. Həmin bəndə, “Ey Rəbbim! Hansı səbəblə dərəcəm yüksəldi?” – deyə soruşduqda, Uca Allah, “Oğlunun sənin üçün dilədiyi bağışlanma sayəsində” buyurar.
İbn Macə, Ədəb, 1.
Comments
Post a Comment