“ALLAHA AND OLSUN Kİ, BU HƏR NAMAZDA ÜMMƏTİM ÜÇÜN ETDİYİM DUADIR!”
Aişə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) yaxşı əhval-ruhiyyədə gördüm və dedim:
- Ey Allahın Rəsulu, mənim üçün dua et.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi:
- Allahım, Aişənin keçmiş və gələcək, gizlində və aşkarda olan günahlarını bağışla!
Aişə (Allah ondan razı olsun) təbəssüm edərək başını Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) dizi üstünə qoydu. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi:
- Duam səni sevindirdimi?
Aişə (Allah ondan razı olsun) dedi:
- Sənin duan məni necə sevindirməyə bilərdi?
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi:
- Allaha and olsun ki, bu hər namazda ümmətim üçün etdiyim duadır!
Səhih hədislər silsiləsi, 2254.
Comments
Post a Comment