ALLAHA DUA ETMƏYƏ UTANIRAM




Allaha dua etməkdən utanmaq tamamilə səhv fikirdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur:

"Allah Ondan istəməyənə qəzəblənər". (İmam Əhməd, 2/442; ət-Tirmizi, 3373).

Uzun bir qüdsi hədisdə Uca Allah buyurur: "... Ey Mənim qullarım! Mənim doğru yola yonəltdiyim kəslərdən başqa hamınız zəlalətdəsiniz. Elə isə Məndən doğru yol istəyin, Mən də sizi doğru yola yonəldim. Ey Mənim qullarım! Mənim yedirtdiyim kəslərdən başqa hamınız acsınız. Elə isə Məndən yemək istəyin, Mən də sizi yedirdim. Ey Mənim qullarım! Mənim geyindirdiyim kəslərdən başqa hamınız çılpaqsınız. Elə isə Məndən geyim istəyin, Mən də sizi geyindirim. Ey Mənim qullarım! Siz gecə-gündüz günah işlər görürsünüz. Mən isə bu günahları bağışlayıram. Elə isə Məndən bağışlanma diləyin, Mən də sizi bağışlayım...". (Muslim, 6737).

Bu və digər bir çox hədislər ona dəlildir ki, insan bütün ehtiyaclarını Allahdan istəməlidir. Səhabələr hətta xəmirin duzunu və qoyunun yemini də Allahdan istəyərdilər.

Aişə (Alla ondan razı olsun) demişdir: "Allahdan hər bir şeyi istəyin, hətta ayaqqabınızın bağını da, çünki Allah bunu sizin üçün asanlaşdırmasa, onu əldə edə bilməzsiniz". (əl-Heysəmi "Məcməuz-Zəvaid", 17222).

Daha ətraflı: zikr.az/node/14046

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?