QARDAŞIM NAMAZI TƏRK EDİB, ONUN YENİDƏN NAMAZA QAYITMASI ÜÇÜN HANSI DUANI EDİM?



Bunun üçün xüsusi dua yoxdur. İstədiyiniz kimi dua edə bilərsiniz.


İman itaətlə artar, asiliklərlə (günahlarla) də azalar. Ona görə də qardaşınızı günahlardan, günaha aparan vasitələrdən və insanlardan çəkindirməyə çalışın. Həmçinin onu gözəl şəkildə dəvət etməkdə də davam edin. Uca Allah buyurur:


"İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!" (“ən-Nəhl” surəsi, 125).

Qardaşınıza tez-tez namaz qılmayanların və ya qılıb atanların axirətdə şiddətli əzaba düçar ola biləcəyini xatırladın:


"Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (“Məryəm” surəsi, 59)


Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir:


"Mən peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruş­dum: "Hansı əməl daha fəzilətli sayılır?" O (salləllahu aleyhi və səlləm) bu­yurdu: "Namazı vaxtlı-vaxtın­da qılmaq". Mən soruşdum: "Sonra hansıdır?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Va­­li­­deyn­lərin qayğı­sına qal­maq". Mən soruşdum: "Bəs sonra hansı­dır?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Allah yolunda cihad et­mək". Mən onu yormaq istəmədiyim üçün ona bundan artıq sual vermədim". (Muslim 252).


Həmçinin ona deyin ki, nə qədər ki, ölüm onu yaxalamayıb tövbə edib haqqın yoluna qayıtsın! Uca Allah buyurur:


"Sizlərdən birinə ölüm gəlib: "Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!" - deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır". (əl-Munəfiqun, 10-11).


http://zikr.az/node/3451

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?