“KİM VACİB NAMAZDAN SONRA BUNU OXUSA CƏNNƏTƏ GİRƏR”
Salam verib namazı bitirdikdən sonra edilən zikrlər
Hər (vacib) namazdan sonra Kursi ayəsini (əl-Bəqərə surəsi, ayə 255) oxumaq
Peyğəmbər (sallallahu aleyhi vəs səlləm) demişdir:
“Kim (vacib) namazdan sonra bunu oxusa, onun Cənnətinə daxil olmasına ölümdən başqa heç nə mane ola bilməz”
ən-Nəsai «Aməlul-Yəumi vəl-Leyl», 100. əl-Albani bu hədisi “səhih” hesab etmişdir. Bax: «Səhihul-Cami», 5/339; «Silsilətul-Əhadisi-s-Səhihə» 2/697 № 972.
Ayətul Kursi:
Əuzu billəhi minə-ş-şeytani-r-racim, (Lənətlənmiş şeytandan Allaha sığınıram)."Əllahu lə iləhə illə huvə-l-həyyu-l-qayyum. Lə tə'xuzuhu sinətun valə nəvm. Ləhu mə fi-s-səməvati vamə fi-l-ard. Mən zəlləzi yəşfəu indəhu illə bi iznihi. Yə'ləmu mə beynə əydihim vamə xalfəhum. Valə yuhitunə bişeyin min ilmihi illə bimə şəə vasi'ə kursiyyuhu-s-səməvati va-l-ard. Valə yəuduhu hifzuhumə va huvə-l-aliyyu-l-azim". (əl Bəqərə, 255).
Mənası: Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.
Comments
Post a Comment