PEYĞƏMBƏRİN (SALLALLAHU ALEYHİ VƏ SƏLLƏM) ƏN ÇOX ETDİYİ DUA
Şəhr İbn Həuşəb deyir ki: «Ummu Sələmədən (Allah ondan razı olsun) soruşdum: «Ey möminlərin anası! Allah Elçisi (sallallahu aleyhi və səlləm) sənin yanında olduqda ən çox hansı duanı edərdi?». O dedi: «Onun ən çox etdiyi dua: «Yə Muqallibəl Qulub, Səbbit Qalbi Alə Diynik - Ey qəlbləri çevirən! Qəlbimi dinin üzərində sabit et! - Mən ondan: «Ey Allahın Elçisi! Nəyə görə ən çox bu duanı edirsən?» - deyə soruşdum. O buyurdu: «Ey Ummu Sələmə! Elə bir Adəm oğlu yoxdur ki, onun qəlbi Allahın barmaqlarından iki barmağı arasında olmasın. O, istədiyini düz saxlayır, istədiyini də döndərir». Sonra o, bu ayəni oxudu: «Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma!» (“Ali-İmran” surəsi, 8)
Tirmizi 2140, 3522, 3864, 3587, əl-Albani “Səhih
Comments
Post a Comment