“YENİ İL”İ NƏ ÜÇÜN QEYD ETMƏMƏLİYİK?
“YENİ İL” – XRİSTİANLARIN İSLAM ƏQİDƏSİNƏ ZİDD OLAN DİNİ BAYRAMIDIR.
Hətta, müsəlmanların təqvimi də xristianların təqvimindən fərqlənir – müsəlmanlar il hesabını ay təqvimi ilə aparır və təqvimi Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Məkkədən Mədinəyə hicrət etdiyi ildən hesablayırlar.
Xristian il hesabı isə günəş təqvimi əsasında aparılır və İsa Peyğəmbərin (Allahın ona salamı olsun) doğulduğu gündən başlayır. Xristianların fikrincə, İsa Peyğəmbər (Allahın ona salamı olsun) dekabr ayının son günlərində doğulub. Vaxtın hesablanmasında qeyri-dəqiqliyə yol verməmək üçün isə “yeni il” yanvarın əvvəllərində qeyd edilir. Nəticə etibarilə, “yeni il”i qeyd etməklə müsəlmanlar xristian bayramını qeyd edir, bu isə xristianlara bənzəməkdir və İslamda qadağan olunan əməldir, çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizi bundan çəkindirib: “Kim bir qövmə bənzəyərsə, o onlardandır”. (Əhməd).
Daha ətraflı: selefxeber.az/analitika-ve-islam/yeni-ili-ne-ucun-qeyd-etmemeliyik
Comments
Post a Comment