"ONLARA DUA ELƏMƏK ƏMR EDİLDİ"
Əhməd ibn Hənbəlin Müsnədində nəql olunan bir hədisdə Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Baqi qəbirstanlığına gedərək oradakı ölülərə dua elədiyinin səbəbini soruşduqda isə, “Onlara dua eləmək əmr edildi” – buyurduğunu bildirir.
Əhməd ibn Hənbəl, Müsnəd, IV, 252.
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də “Cənazə namazı qılarkən ona ürəkdən dua edin“, – buyurmuş və özü də qıldığı cənazə namazlarında mərhuma dua etmişdir.
Əbu Davud, Cənaiz, 59.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir nəfərin cənazə namazını qıldırarkən:
“Allahım, onu qəbir fitnəsindən və cəhənnəm əzabından qoru, onu bağışla, ona mərhəmət et!“ – deyə dua etmişdir.
Əbu Davud, Cənaiz, 56
Comments
Post a Comment