“YENİ İL”İN MÜSƏLMANLAR ÜÇÜN TƏHLÜKƏSİ TƏKCƏ BUNDAN İBARƏT DEYİL
“Yeni il” İslamın əsasına – tövhidə ziddir. Uşaqlarımıza guya hər bir arzuları yerinə yetirən “hər şeyi eşidən” və “hər şeyə qadir olan” Şaxta baba təlqin edilir və onlar öz istəkləri ilə Şaxta babaya yönəlirlər, halbuki, bu şəkildə yalnız Allaha yönəlmək olar. Uca Allah buyurur:
“Allahdan başqa heç kəsə dua etməyin!” (Qurani-Kərim, “Cin” surəsi, 18-ci ayə).
Şaxta babaya yönəlməkdən əlavə, bütpərəstlərin bütlərini bəzədiyi kimi küknar ağacları bəzədilir, daha sonra Kəbənin ətrafında təvaf edirmiş kimi nəğmə oxuyaraq küknar ağacının ətrafında dövrə vurulur. Bütün bunlardan əlavə, insanlar “yeni il”in sehrinə inanırlar – guya bütün köhnə və pis şeylər köhnə illə geridə qalacaq və yeni ildə bütün arzular çin olacaq.
Yuxarıda sadalanan bütün əməllər İslam nöqteyi-nəzərindən qadağandır. Bundan əlavə, bu əməllərdən bəziləri özündə ən böyük günahı – Allahın bağışlamadığı şirki ehtiva edir. Uca Allah buyurur:
“Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan (günahları )isə istədiyi kimsəyə bağışlayacaqdır”. (Qurani-Kərim, “Nisa” surəsi, 116-cı ayə).
Beləliklə, “yeni il” məsələsini bir balaca araşdırdıqda aydın oldu ki, bu bayramın qeyd edilməsinə qadağa kimlərsə tərəfindən uydurulmayıb və müqəddəs dinimizin təməllərinə toxunur.
Hər birimiz bu barədə ciddi şəkildə düşünməliyik, çünki hər hansı bir günah cəmiyyət arasında açıq-aşkar işləndikdə, o günah daha ürəkdə ikrah hissi oyatmır və adi bir şey kimi qəbul olunur.
Qoy, bizim üçün doğruluq meyarı aləmlərin Rəbbi olan Allahın nazil etdiyi Quran və Sünnə olsun. Allah bizə rəhm etsin və bizi öz sonsuz lütfü ilə zənginləşdirsin!
Daha ətraflı: selefxeber.az/analitika-ve-islam/yeni-ili-ne-ucun-qeyd-etmemeliyik
Comments
Post a Comment