"ƏGƏR SƏNƏ ŞEYTANDAN BİR VƏSVƏSƏ GƏLSƏ..."
Quran və Sünnədə müsəlmana göstərilən yol şeytanı söymək, lənətləmək yox, əksinə müəyyən zikrlərlə onun şərrindən Allaha sığınmaqdır
Bir gün səhabələrdən biri Peyğəmbərlə (səllallahu aleyhi və səlləm) yol gedirdi və qəflətən heyvanın ayağı büdrədi. Həmin səhabə dedi: "Lənət olsun şeytana!" Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: - "Şeytanı lənətləmə, çünki sən onu lənətləyəndə, o, ev kimi böyüyür və deyir: "Bu mənim gücümdür!". Sən əksinə "Bismilləh" de, çünki "Bismilləh" deyəndə şeytan balacalaşır və milçək boyda olur" (İmam Əhməd, Əbu Davud)
Uca Allah buyurur:
"Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". ("Fussilət"surəsi, 36)
Comments
Post a Comment