DUANIN ƏDƏBLƏRİ
DUAYA BAŞLAMAZDAN ƏVVƏL ALLAHA HƏMD-SƏNA, TƏRİFLƏR ETMƏK VƏ PEYĞƏMBƏRƏ SALAVAT GƏTİRMƏK
…..
Fədalə İbn Ubeyd (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir nəfərin namazda (Təşəhhüddə) dua etdiyini eşidir. Lakin Peyğəmbər (sallallahu aleyhi və səlləm) salavat gətirmir. Peyğəmbər: “Bu adam tələsdi” deyə buyurdu. Sonra onu yanına çağıraraq buyurdu: “Sizdən biriniz namaz qıldıqda Allaha həmd və səna ilə başlayıb, Peyğəmbərinə salavat gətridikdən sonra dilədiyi şəkildə duasını etsin”. Ondan sonra başqa bir kişi namaz qılır, Allaha həmd edərək, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat gətirir və (Başqa heç bir şey etmədi). Peyğəmbər: “Ey namaz qılan, dua et, duan qəbul olar”.
Tirmizi 3476/3477, əl-Albani “Səhih”.
Əli (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu:
“Hər bir dua bağlıdır, hətta Peyğəmbərə (sallallahu aleyhi və səlləm) salavat gətirilənə qədər“
əl-Albani “Səhih” 2035, “Səhih Cəmi” 4523
Ömər (Allah ondan razı olsun) deyir ki: “Dua göy ilə yer arasında durar. Peyğəmbər (sallallahu aleyhi və səlləm) salavat gətirilincəyə qədər o, duadan heç bir şey Allaha yüksəlməz”
Tirmizi 486, əl-Albani “Səhih Tərğib” 1676.
Comments
Post a Comment