MÜSƏLMAN BAŞQALARI HAQQINDA HÖKM VERMƏYİB, ÖZÜNƏ FAYDA VERƏN ƏMƏLLƏR ETMƏLİDİR!



Sıravı müsəlmanlar başqalarının, xüsusən də cahillərin kafir və ya müşrik olması barədə hökm verməkdə mükəlləf deyillər və bu barədə axirətdə sorğu-sual olunmayacaqlar. Bu, yalnız alimlərin və hakimlərin işidir. Lakin kim bu məsələyə qarışaraq, konkret bir şəxs haqqında hökm verib onun kafir və ya müşrik olduğunu desə, artıq dediyi sözə görə məsuliyyət daşıyır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

"Heç bir insan digərini fasiqlikdə və kafirlikdə ittiham etməsin. Çünki onun dediyi kimi olmasa, bu söylədiyi özünə qayıdar" (Buxari 6045, Muslim 61).

Digər rəvayətdə isə buyrulur:

“Hər hansı kişi öz qardaşına: "Ey kafir!" - deyərsə, bu söz onların ikisindən birinə qayıdar". (Buxari 6104, Muslim 60).

Ona görə də bu məsələlərdə mötəbər elm əhlinə tabe olaraq, onların dediklərindən kənara çıxmamaq və axirətdə özünə fayda verəcək məsələlərlə məşğul olmalıdır

Uca Allah buyurur:

“Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır”. (“Həşr” surəsi, 18)




...................................................


Cundub b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Bir kimsə: «Allaha and olsun ki, Allah filankəsi bağışlamayacaq» dedi. Bunun üzərinə Allah: «Filankəsi bağışlamayacağam deyərək mənim adımla and içən kimdir? Həqiqətən də, Mən onu bağışladım, lakin sənin əməllərini isə puç etdim» (Muslim, 2621, 4753, 6847)


Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu:

«İsrail oğulları arasında qardaşlıq münasibəti qurmuş iki kimsə vardır. Bunlar biri günah işlər görər, digəri isə böyük bir həvəslə ibadət edərdi. İbadət edən kimsə digərini günah edən an gördükdə dayanıb ona nəsihət verərək: «Bu günahdan əl çək» deyərdi. Bir gün yenə də onun günah işlədiyini görüncə ona: «Bu günahdan əl çək!» dedi. O isə: «Məni Rəbbimlə tək burax (mən bilərəm, Rəbbim bilər). Sən mənim üzərimə gözətçi göndərilməmisən?» dedikdə ibadət sahibi: «Allaha and olsun ki, Allah səni bağışlamayacaqdır (Allah səni Cənnətə salmayacaqdır) deyərkən ruhları alındı. Hər ikisidə bir yerdə aləmlərin Rəbbinin hüzurunda həşr olundular. Allah ibadət edən kimsəyə: «Sən Məni dərk edib tanıyan birisisənmi? Yoxsa ki, mənim əlimdə olanlardan xəbərdarsan? Günahkar kimsəyə isə: «Rəhmətimlə Cənnətə gir» deyə buyurdu. İbadət edən kimsə üçün: «Götürün bunu, Cəhənnəm atəşinə atın» deyə buyurdu. Əbu Hureyrə – radıyallahu anhu – deyir ki: «O, kimsə dünyasını da, axirətini də məhv edən bir söz söyləmişdir»

Daha ətraflı: selefler.com/files/kitab/kamal-huseyn/tovhid-Allahin-qullari-uzarinda-haqqi.pdf

Comments

Popular posts from this blog

TƏLBİNƏ

UŞAQLARI QORUMAQ ÜÇÜN HANSI DUANI OXUMAQ LAZIMDIR?