ALLAHIN SƏNƏ VERMƏDİYİNƏ GÖRƏ BAŞQALARINI MƏZƏMMƏT ETMƏK Əbu Səid – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «İnsanda olan yəqinliyin zəifləməsinin səbəbi Allahı qəzəbləndirib insanların razılığını axtarmaq, Allahın verdiyi ruziyə görə onlara şükr etmək, Allahın sənə vermədiyinə görə başqalarını məzəmmət etmək. Allah ruzisini nə tamahkarın tamahı gətirər, nə də nifrət edənin nifrəti uzaqlaşdıra bilər». Bəzi insanlar elə zənn edirlər ki, ruzini verən filankəsdir. O, şəxs olmasa maaşım verilməz, ac qalaram, aclıqdan ölərəm və ümüdünü ona bağlayır. Onun istədiyi, tamah etdiyi dünya və axirət Allahın əlindədir. Çünki o, kimsə Allahdan razı qalıb, Allahın sevdiyi və razı qaldığı şeylərə itaətlə yönəlir. Çünkü o, bilmişdir ki, hər bir xeyir, onun öz xeyiri də Allahın əlindədir. Allahın Rəbb olması ilə razı qalan insan məxluqdan ümüdünü üzmüşdür. O, bilir ki, ruzini verən Allahdır, lakin bunlar səbəblərdir. Əbul-Abbas Abdullah b. Abbas - ...